Seçki ilə bağlı müşahidələr apardıq və müşahidə apardığımız bütün məntəqələrdə hər şey qaydasında idi. Əminliklə deyə bilərəm ki, Naxçıvanda seçkilər Seçki Məcəlləsinə uyğun təşkil olunub.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində beynəlxalq müşahidəçi Sergey Polyakov bildirib.
Naxçıvanda seçkilərin müəyyən olunmuş saatda başladığını vurğulayan Sergey Polyakov deyib: “Rusiyadan gəlmiş beynəlxalq müşahidəçi kimi deyə bilərəm ki, müşahidə apardığım heç bir məntəqədə qayda pozuntusuna rast gəlmədim. Hər şey qanunauyğun qaydada gedir. Seçicilər sərbəst şəkildə səs verdilər. Naxçıvanda seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur”.