Prezident İlham Əliyev Hicran Hüseynovanı “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Hicran Hüseynovanı “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, H.Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə bu ordenlə təltif edilib.

Qeyd edək ki, H.Hüseynovanın avqustun 13-də 70 yaşı tamam olur.