Milli Məclisə seçkilərlə bağlı məntəqə seçki komissiyaları tərəfindən seçki günü səsvermənin yeri və vaxtı barədə KİV və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi prosesi başa çatır. Secki-2020.az saytının məlumatına görə, Seçki Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları tərəfindən seçki günü səsvermənin yeri və vaxtı barədə KİV və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi prosesi səsvermə gününə azı 25 gün qalanadək başa çatmalıdır.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 15-dək olan dövrü əhatə edir.