“790 nəfər beynəlxalq müşahidəçi və 90 mindən çox yerli müşahidəçilər seçkiləri izləyir”. Secki-2024.azsaytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərin başlaması ilə əlaqədar MSK-da keçirdiyi brifinq zamanı deyib.
Onun sözlərinə görə, 1000 məntəqədə veb-kameralar artıq arası kəsilmədən fəaliyyətə başlayıb: “Prosesləri canlı izləmək üçün heç bir maneə yoxdur. Hər kəsin əvvəldən axıra qədər bütün prosesləri MSK-nın rəsmi saytından izləmək imkanı var”.