MDB müşahidəçisi: Məntəqələrdə qanun pozuntusuna rast gəlmədik

MDB müşahidəçisi: Məntəqələrdə qanun pozuntusuna rast gəlmədik

MDB müşahidə missiyasının müşahidəçiləri 82 saylı Ağcabədi və 83 sayı Ağcabədi-Füzuli seçki dairələrində parlament seçkilərinin gedişini izləyiblər.
Müşahidə missiyasının Qazaxıstandan olan nümayəndəsi Xamzin Ziyaş AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “82 və 83 saylı seçki dairələrinin 9 seçki məntəqəsində olmuşuq. Səsvermə qaydalara uyğun keçib. Bütün təşkilati işlər görülüb. Məntəqələrdə qanun pozuntusuna rast gəlmədik. Seçicilər öz hüquqlarından sərbəst istifadə edərək səs veriblər”.