Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs COP29 konfransında iştirak edəcək. Latviyanı nümayəndə heyəti də təmsil edəcək.
Bunu AZƏRTAC-a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.
“Biz çox şadıq ki, COP29 konfransı Azərbaycanda keçirilir. Bu tədbirdə iqlim maliyyələşdirilməsi kimi çətin məsələlər müzakirə olunacaq. Bütün müzakirələrdə və tədbirlərdə iştirak edəcəyik", - deyə diplomat diqqətə çatdırıb.