Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanıldığını təsdiqləyib

Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanıldığını təsdiqləyib

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ regionundan çıxarılmasına başlanıldığını təsdiq edib.

TASS-ın məlumatına görə, o, bunu Rusiya KİV-lərinin sualını cavablandırarkən deyib.

“Bəli, bu, belədir”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.