Kipr türklərinin lideri Polad Həşimovun xatirəsini andı

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində Ermənistanın hücumu nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun anasına xatirə lövhəsi təqdim edib.

yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin paytaxtı Ankarada “Avrasiyada xidmətlərə görə mükafatlar - 2021”-in təqdimetmə mərasimində iştirak edən Kipr türklərinin lideri Polad Həşimovun anası Səmayə Həşimovaya başsağlığı verib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu sərhəddə növbəti təxribatının qarşısını alarkən 2020-ci ilin iyulunda şəhid olan "Azərbaycanın Milli Qəhrəmanı"nın qəhrəmanlığını yüksək qiymətləndirib.