Dekabrın 16-da İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) və bu qurumun büro üzvü - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) birgə təşkilatçılığı ilə “Rəqəmsal xəbər istehsalı bacarıqları” mövzusunda vebinar keçiriləcək.
İngilis dilində olacaq tədbirdə AZƏRTAC-ın əməkdaşları mövzu üzrə treninq keçirəcəklər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı informasiya nazirinin himayəsi ilə 2020-ci il mayın 16-da UNA-nın Birinci Virtual Media Forumu təşkil edilib. Tədbirdə Birliyə üzv agentliklərin jurnalistlərinin peşə bacarıqlarının artırılması, təcrübə mübadiləsi məqsədilə vebinarların keçirilməsi qərara alınıb.