"Bir il əvvəl Cənubi Qafqaz münaqişə yeri idisə, indi burada sülhün bərqərar olmasına nail olacağıq".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
O vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Gürcüstanla sıx əməkdaşlıq edir, Ermənistan da bu prosesə qoşula və bundan faydalana bilər.
"Azərbaycan torpaqları işğal altında idi, Azərbaycan uğurla apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistanı sülhə məcbur etdi, torpaqlarını işğaldan azad etdi".
O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib: "Lakin Azərbaycan özü təkbaşına Dağlıq Qarabağ münaqişəsini həll etdi. Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı danışırıq. Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı təkliflər irəli sürüb. Biz sülh müqaviləsinin bağlanmasında iddialıyıq".