Azərbaycanın XİN Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq etdi

Azərbaycanın XİN Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq etdi

Postmünaqişə dövründə Ermənistanda hər hansı revanşist çağırışlar edən qüvvələrə tövsiyəmiz ondan ibarətdir ki, yanlış yolla getməsinlər.

yeniazerbaycan.com-un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, imzalanmış sənədlərin icrası labüddür: “Yalnız imzalanmış sənədlərin icrası ilə region üçün stabillik proqnozlaşdırıla bilər və insanların həyatının təhlükəsizliyini təmin etmək mümkündür” .