Azərbaycanın İtaliyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılıb

Azərbaycanın İtaliyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılıb.

Nazirlər Kabineti Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirməlidir.