Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərinə gəliblər.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb.