Azərbaycan XİN: “Crocus City”yə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik

Azərbaycan XİN: “Crocus City”yə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik

"Crocus City"yə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik.

Bu barədə Azərbaycan XİN "X" hesabında paylaşım edib:

"Biz Moskvada “Crocus City" konsert kompleksinə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir".