Azərbaycan itkin düşən erməni hərbçini Ermənistana qaytarıb

Azərbaycan itkin düşən erməni hərbçini Ermənistana qaytarıb

Azərbaycan Ermənistan-Azərbaycan dövlət sərhəddində itkin düşmüş hərbçi Artur Borisoviç Davidyanı Ermənistana qaytarıb.

yeniazerbaycan.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Suren Papikyan bildirib.

O qeyd edib ki, A. Davidyan artıq Ermənistandadır.

Artur Borisoviç Davidyan 22 avqust 2021-ci il tarixdə iki ölkənin dövlət sərhədi istiqamətində itkin düşmüşdü.