Almaniyalı müşahidəçi: Məntəqələrdə heç bir qanun pozuntusu ilə rastlaşmadım

Almaniyalı müşahidəçi: Məntəqələrdə heç bir qanun pozuntusu ilə rastlaşmadım

Almaniyadan olan müşahidəçi kimi bir çox seçki məntəqələrinə baş çəkdim. Müşahidə etdiyim seçki dairəsində hər şey öz qaydasında olub və heç bir qanun pozuntusu olmayıb. Seçici fəallığı yüksək və səsvermə prosesi şəffaf olub. Hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 20 saylı Nərimanov II seçki dairəsinin 16 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən almaniyalı müşahidəçi, Sosial Demokrat Partiyasının (SPD) üzvü, SPD fraksiyasından Ştefen-Klaudio Leme deyib.
Xatırladaq ki, Ştefen-Klaudio Leme 2009-2017-ci illərdə Alman Bundestaqının üzvü olub.