Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək

Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında fəaliyyət göstərəcək hakimlərin sayı bəlli olub.

Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışda 16 hakim iş başında olacaq.

4 hakim nəzarətçisi (Supervisor) və 3 hakimlik üzrə direktor (Refereeing Director) isə referilərin işinə nəzarət edəcək.

ACF-nin hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli azərbaycanlı referi Nazim Umbayev də mundialda ədalət təmsilçilərindən biri olacaq.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.