Türkiyədə qəzaya uğrayan helikopterdə beş hərbçi həlak olub

Türkiyədə qəzaya uğrayan helikopterdə beş hərbçi həlak olub

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “AS-532” tipli helikopterin qəzaya uğraması nəticəsində beş hərbçi həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim məqsədilə Eskişehirdən havaya qalxan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində beş hərbçi həyatını itirib.

21:48

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “AS-532” tipli helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, təlim məqsədilə Eskişehirdən havaya qalxan helikopter qəzaya uğrayıb.

Helikopterin qalıqları aşkarlanıb, axtarış-xilasetmə işləri davam etdirilir.

Məlumatda helikopterdəki heyətin vəziyyəti barədə hələlik açıqlama verilməyib. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.