Qırğızıstanda qızılcaya 4800-dən çox yoluxma qeydə alınıb, 8 uşaq ölüb

Qırğızıstanda qızılcaya 4800-dən çox yoluxma qeydə alınıb, 8 uşaq ölüb

Bu il ərzində Qırğızıstanda qızılcaya yoluxma hallarının sayı 4872 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin xəbər agentliyi olan Kabar məlumat yayıb. Bildirilib ki, yoluxanlardan 4618 nəfəri (95 faiz) peyvənd olunmayıb.

Qeyd olunub ki, uşaqlar arasında qızılca və məxmərəyə qarşı peyvənddən imtina xəstəliyə yoluxma hallarının sayının artmasının əsas səbəbi olaraq qalır.