Fransada atışma baş verib, 3 nəfər ölüb

Fransada atışma baş verib, 3 nəfər ölüb

Fransanın Marsel şəhərində gecə atışma baş verib, 3 nəfər ölüb.

Bu barədə “BFM TV” məlumat yayıb.

Atışmanın motivləri barədə ətraflı məlumat verilməyib, lakin qeyd olunub ki, hadisə narkotik ticarəti aparılan ərazilərdə baş verib.

Həmçinin əlavə olunub ki, hadisə nəticəsində 8 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib.