Almaniya əks-kəşfiyyatının keçmiş rəhbəri Hans-Georg Maassen yeni sağçı “Dəyərlər İttifaqı” partiyası yaradıb. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Dəqiqləşdirilir ki, Maassen 2018-ci ildə Almaniya Konstitusiyasının Müdafiəsi İdarəsinin rəhbəri vəzifəsindən qovulub. O, ifrat sağçı təşkilatların təhdidinə məhəl qoymamaqda ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb.
Xatırladaq ki, fevralın 5-də Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ partiyasına qarşı dördüncü həftəsini keçirən ümummilli etirazlar zamanı 200 min insanın küçələrə çıxdığı bildirildi.
Havar Şəfiyeva