Bundestaqda Ukraynaya yardım NATO üçün təhlükə hesab edirlər

Bundestaqda Ukraynaya yardım NATO üçün təhlükə hesab edirlər

Almaniya Bundestaqının Sara Vaqenknext İttifaqı  partiyasından olan deputatları Ukraynaya yardımın NATO üçün təhlükə yaratdığını bildiriblər. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə partiyanın Almaniya hökumətinə etdiyi parlament sorğusunun mətnində deyilir. Müvafiq məktubun mətnini "Lenta.ru" araşdırıb.

Onlar xatırladıblar ki, Almaniya hökuməti Ukraynaya hərbi dəstək üçün xərcləri ardıcıl olaraq artırıb və onların sözlərinə görə, bu il hərbi yardımın ümumi dəyəri artıq 7,1 milyard avro təşkil edib.


Havar Şəfiyeva