Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Yeni texnologiyalar / Naxçıvanda süni intellekt həlləri ilə dizayn müsabiqəsinə start verilib

Naxçıvanda süni intellekt həlləri ilə dizayn müsabiqəsinə start verilib

17.09.2024 [19:47]

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Yaşıl Azərbaycan gənclərin gözü ilə” süni intellekt həlləri ilə onlayn dizayn müsabiqəsinə start verilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqədə 14-29 yaş arası gənclər istənilən süni intellekt alətindən istifadə edərək, mövzuya uyğun maksimum 3 dizayn nümunəsi göndərə bilər. Müsabiqəyə təqdim olunmuş materiallar münsiflər heyətinin rəyi və sosial şəbəkələr üzərindən açıq səsvermənin nəticələrinə uyğun olaraq qiymətləndiriləcək. Qatılmaq istəyənlər oktyabrın 20-dək dizayn nümunələrini office@nmys.gov.az elektron ünvanına göndərməlidirlər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən qalibə qiymətli hədiyyə və diplom təqdim olunacaq.

Paylaş:
Baxılıb: 811 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31