İnkişaf etmiş dövlətlər qrupunda...
17.09.2024 [09:41]
Azərbaycan beynəlxalq kibertəhlükəsizlik reytinqində mövqeyini yaxşılaşdırıb
Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) bugünlərdə dərc etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index. 2024) hesabatında Azərbaycan 93.76 xal toplamaqla öz mövqeyini yüksəldib.
194 ölkənin 20 indikator üzrə qiymətləndirilməsinin aparıldığı hesabata əsasən, son 4 ildə kibertəhlükəsizlik sahəsində dünya ölkələrinin orta reytinq göstəricisi təxminən 20 faiz yüksəlib və qlobal orta göstərici 65,7 xala çatıb. Dünya üzrə ən maksimum nəticəni, yəni mümkün maksimum 100 xaldan 99-100 balı toplayan ölkələr Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Finlandiya, İndoneziya, İtaliya, Misir, Mavritaniya, Qatar və Səudiyyə Ərəbistanı olub. 90-95 xal arası nəticə göstərən ölkələr arasında digər inkişaf etmiş dövlətlər, o cümlədən Azərbaycan yer alıb.
Milli ekosistemin formalaşdırılması reytinqimizi yüksəldib
Azərbaycan dünya üzrə 65,7 ballıq orta reytinq göstəricisini təxminən 30 bal üstələyərək ən yaxşı ölkələr qrupunda yer alıb. Ölkəmizin kibertəhlükəsizlik indeksinin yüksəldilməsi və 100 mümkün xaldan 93.76 xal toplaması bu sahədə son illər ərzində həyata keçirilmiş uğurlu fəaliyyətin nəticəsi kimi qiymətləndirilə bilər. Qeyd edək ki, Azərbaycan əvvəlki hesabatlarda təxminən 85-89 bal toplamışdı. Ölkəmizin mövcud hesabat sənədində ən yaxşı nəticə göstərdiyi indikatorlar “Normativ hüquqi tənzimləmə”, “Əməkdaşlıq”, “Potensialın inkişaf etdirilməsi”, “Texniki təchizat” və “Təşkilatçılıq” sub-indeksləri üzrə meyarlardır. İTU-nun metodologiyasına əsasən, Azərbaycan həmin meyarlar üzrə mümkün maksimum xal toplamaqla beynəlxalq kibertəhlükəsizlik indeksini yüksəltməyə nail olub.
Azərbaycanın qazandığı nailiyyətlərin təməlində son illər ərzində kibertəhlükəsizlik sahəsində həyata keçirilən məqsədyönlü siyasət mühüm yer tutur. Bir neçə il əvvəl ölkəmizdə Kibertəhlükəsizlik Mərkəzinin yaradılması və fəaliyyətə başlaması, davamlı olaraq müxtəlif sahələrin təmsilçiləri üçün kibertəhlükəsizlik təlimlərinin keçirilməsi öz mühüm təsirini göstərib. “Rəqəmsal hökumət”ə keçidin təmin edilməsi və “Hökumət buludu”nun yaradılması istiqamətində işlər dayanmadan davam etdirilir. “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya” sənədinin qəbul edilməsi və müvafiq qurumlar qarşısında qoyulmuş tapşırıqların icra olunması informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin texnoloji infrastruktur komponentlərinin yaradılmasına, bir sözlə, kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılmasına imkan yaradıb. Bu amillər ölkəmizin beynəlxalq reytinqdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasında mühüm rol oynayıb.
Kibertəhlükəsizliklə bağlı müasir çağırışlar...
Azərbaycanın yüksək qlobal indeksdə uğur qazanması kibertəhlükəsizlik sahəsində vəziyyəti arxayınlaşdırmamalıdır. Mövcud kiberməkanlar və situasiyalar respublikamızı bütün dövlətlər kimi kibertəhlükəsizlik sahəsində yeni alətlərdən istifadə etmək, qlobal çağırışlara çevik və operativ addımlar atmaq məsuliyyətini artırır. Ölkəmizdə texnoloji inkişaf, rəqəmsallaşma, süni intellektin tətbiq edilməsi gündəlik həyatımızda yeni riskləri də meydana çıxarır. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentlərində rəqəmsallaşma dayanmadan irəliləyir. Ələlxüsus da sosial platformalara elektron ticarətin ənənəvi ticarəti sıradan çıxararaq ön plana keçməsi və maliyyə sövdələşmələrinin bu platforma üzərindən aparılması kibertəhlükələri də artırır. Azərbaycanın informasiya məkanına, o cümlədən onun tərkib hissələri olan dövlət, özəl və qeyri-hökumət qurumlarının, fiziki şəxslərin sahib olduğu informasiya ehtiyatlarına və infrastrukturlarına, maddi və qeyri-maddi obyektlərə qarşı texnoloji cəhətdən çoxşaxəli hücumların genişləndiyini müşahidə edirik.
Bütün bunlar hökuməti milli təhlükəsizliyə olan təhdidləri müəyyən etmək, bu təhdidlərin istifadə edə biləcəyi zəiflikləri, boşluqların və təhdid nəticəsində yarana bilən fəsadları aradan qaldırmaq üçün məsuliyyətini artırır və fəaliyyətini daha da gücləndirməyi labüd edir. Kibercinayətkarlığın törədilmə üsul və vasitələrinin sürətli diversifikasiyası, o cümlədən kriptovalyutaların geniş vüsət alması və müxtəlif cinayətkar məqsədlərlə istifadə olunması, kiberhücum vektorlarının ildən-ilə daha da çoxalması, o cümlədən sosial media kontekstində sürətlə artan kibertəhdidlər mübarizədə daha mükəmməl texnoloji həllərin tətbiqini zəruri edir. Ona görə də, kibertəhlükəsizlik riskləri reyestrinin formalaşdırılması, təhdidlərin qarşısını ala biləcək müasir texnologiyaların tətbiqi, fərdi məlumatların mühafizəsinin gücləndirilməsi, İKT- xidmət subyektlərində fəaliyyətin və “ağıllı” sistemlərin təhlükəsizliyinin təkmilləşdirilməsi, kiberkriminalistika sahəsində fəaliyyətin gücləndirilməsi olduqca vacibdir. Çevik və koordinasiya olunmuş fəaliyyət komandasına əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirləri həyata keçirən qurumlarla yanaşı, elmi-texniki və təhsil, informasiya-təhlil, kommunikasiya, iqtisadi və digər sahələr üzrə əlaqələndirilmiş birgə fəaliyyətin gücləndirilməsi sayəsində daha güclü və geniş təhlükəsizlik şəbəkəsi formalaşdırmaq mümkündür.
Azərbaycanın reytinqdə irəliləməsi hansı üstünlüklər qazandırır?
Azərbaycan qlobal rəqəmsal ailənin üzvü kimi öz məsuliyyətini dərk edərək beynəlxalq kiberqurumlarla sıx əməkdaşlıq çərçivəsində informasiya məkanının müasir təhdidlərdən qorunmasını milli təhlükəsizliyin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlayır. Kibertəhlükəsizlik məsələlərinin qlobal xarakterini nəzərə alaraq, beynəlxalq səviyyədə əməkdaşlıq günün ayrılmaz tələbidir. Ölkədaxili və beynəlxalq əməkdaşlıq informasiya təhlükəsizliyinin, həmçinin kibertəhlükəsizliyin təmin edilməsinə ciddi zəmin yaradır. Bu baxımdan ölkəmizin reytinqini yaxşılaşdırması qlobal ailənin üzvü kimi kibertəhdidlərə qarşı dünya koalisiyası ilə daha sıx əməkdaşlığını şərtləndirir. İnkişaf etmiş dövlətlərlə bir sırada olmaq həmin ölkələrin müvafiq strategiyalarını yaxından öyrənməyə, mübadilə etməyə və birgə səylərin əlaqələndirilməsinə əlverişli imkanlar yaradır. Kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunmasında və sistemli tədbirlərin müəyyənləşdirilməsində İTU platformasının mühüm üstünlükləri var.
Azərbaycan kibertəhlükəsizlik və informasiya təminatı üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsaslanaraq bu sahədə qlobal icma ilə birlikdə əsas məqsədlərini, prinsiplərini və prioritet vəzifələrini daha yaxından əlaqələndirə, beynəlxalq anti-kiber şəbəkəyə qoşulmaqla informasiya təhlükəsizliyi zəncirlərini və kibertəhlükəsizlik toru arxitekturasını möhkəmləndirə bilər. Bu isə xaricdən yönələn kiberhücumların, fişinq təhdidlərin insanlara, cəmiyyətə və dövlətə qarşı zərərlərini əhəmiyyətli dərəcədə neytrallaşdırmış olacaq. Respublikamız qlobal səviyyədə öz informasiya təhlükəsizliyi ekosistemini möhkəmləndirməklə özəl və dövlət strukturlarının bütün seqmentlərində milli maraqların daha yüksək və təkmil səviyyədə qorunmasına nail ola bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

