Xalq şanlı zəfərlərin davamına səs verdi
13.02.2024 [10:59]
Vüqar Seyidov
YAP Suraxanı rayon təşkilatının sədri
Xalq yenidən təkidli tələblə növbəti dövr üçün öz rəhbərinin ətrafında birləşdi. Əslində 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevi dəvət etməklə xalqımız doğru seçimlər edərək öz taleyini, gələcəyini əmin əllərə etibar etmişdir. Lakin adına Zəfər seçkisi dediyimiz bu seçkilər xalqımızı növbəti dəfə birləşdirmiş, bütövləşdirmişdir. Əlbəttə, biz dəfələrlə seçkilərin növbədənkənar keçirilməsinin əhəmiyyəti haqqında danışmışıq və cənab Prezident özü də bu məsələyə öz münasibətini bildirmişdir. Maraqlı məqam ondan ibarətdir ki, xalq öz rəhbəri ilə eyni düşüncələri və hissləri paylaşmaqdadır. Xalq-iqtidar birliyi seçkilərdə seçki aktivliyində və səslərin cənab İlham Heydər oğlu Əliyevə yönəlməsində öz təzahürünü tapmışdır.
Vətəndaşların seçimi bəlli idi. Yaşından, milliyyətindən, dini baxışlarından, sosial təbəqəsindən asılı olmayaraq cəmiyyətin böyük əksəriyyəti cənab İlham Əliyevi nəinki dəstəkləyir, onu sevir və gələcəyini ona etibar edirdi. Bir məqamı da xüsusi qeyd edim ki, cənab Prezidentin iyimi ildən artıq fəaliyyət dövrü heç də digər dünya dövlətləri rəhbərlərinin hakimiyyət illəri ilə müqayisə oluna bilməz. Avropada və dünyanın bir çox regionlarında dövlət və hökumət başçıları cənab İlham Əliyevdən böyük həvəslə nümunə gətirirlər. Əlbəttə, bu qürurvericidir.
7 fevral növbədənkənar prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsvermə prosesində iştirak etməsi, öz vətəndaş vəzifəsindən və konstitutsion hüququndan istifadə etməsi cəmiyyətin siyasi proseslərdə iştirakına bariz sübutdur. Əlbəttə, xalqın fikrini, rəyini, kimə səs verəcəyini seçkidən öncə keçirilmiş rəy sorğuları ifadə edirdi. Lakin insanların seçki prosesində iştirak etməklə bağlı böyük arzuları vardı. Bütün ölkə üzrə məntəqələrə insanların öz rəhbərinə dəstək olmaq üçün axışması dövlət başçına olan sevginin ifadəsi idi.
Seçki günü ölkə başçısının Xankəndidə səs verməsi dünyaya verilmiş növbəti ismarıc idi. Artıq münaqişə yoxdur və status tarixin tozlu qatlarında heç vaxt gerçəkləşməyən və gerçəkləşmə ümidi olmayan xəstə erməni arzusu kimi özünə yer tapdı. Xalq öz rəhbərini fatehi olduğu şəhərdə yenidən gördü. Dünya müdrik siyasətin nəticəsini əyani olaraq izlədi. Hər kəsə məlum oldu ki, nə xalq, nə ordu, nə də rəhbər milli maraqlara söykənən böyük miqyaslı işlərdən bir addım da olsa geriyə atmayacaq. Seçkilərin qeyri-rəsmi nəticələri elan olunduqdan sonra Prezidentin Pilotsuz Uçuş Aparatları Akademiyasında PUA-ları şəxsən idarə etməsi Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyən, etmək istəməyən anti-Azərbaycan qüvvələrinə açıq ismarıc idi.
Yeni dövr bütövləşmənin əhəmiyyətini daha çox meydana çıxaran bir mərhələdir. Nəinki ölkə daxilində, dünyanın hər yerində yaşayan soydaşlarımız yeni dövrə özlərini uyğunlaşdırmalı, milli maraqları şəxsi, siyasi və ticari maraqlardan üstün tutmalıdırlar. Müharibənin qaynar fazası bitib, bizim mübarizəmiz isə davam etməkdədir. Bu günə qədər əsas hədəf milli ruhu zirvəyə qaldırıb torpaqları azad etmək, suverenliyi təmin etməkdən ibarət idisə, indi hədəfimiz ruh yüksəkliyini daha da artırıb əldə olunmuş zəfərlərin, nəticələrin qorunmasını təmin etməkdən ibarət olmalıdır.
Seçkinin nəticəsi bəlli olduqda bir çox dövlət və hökumət başçılarından təbrik məktubları dövlət başçımıza ünvanlanır. Azərbaycanla yaxşı münasibətləri olan və gələcək illərdə yaxşı münasibətlər yaratmağa can atan dövlətlər, Azərbaycanın dünya birliyinə verdiyi töhvələri yüksək qiymətləndirənlər öz açıq mövqelərini ifadə etdilər. Lakin bunlarla yanaşı Azərbaycan xalqının iradəsinə, demokratik qərarlarına hörmət etməyən, seçkiyə kölgə salmağa çalışanlar da oldu və olacaqdır. Hesab edirəm ki, AŞPA-da seçkilər öncəsi Azərbaycan nümayəndə heyətinə qarşı atılmış addımlar da buna sübutdur.
7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı yenidən sabitliyə, davamlı və dayanıqlı inkişafa, əldə olunmuş şanlı zəfərlərin davamına səs verdi.
Seçkilərdə müşahidə olunan yüksək seçici fəallığı və Yeni Azərbaycan Partiyasının namizədi, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin topladığı səs faizi bir daha deməyə əsas verir ki, müdrik xalqımız növbəti dəfə doğru qərar vermiş, Qalib Xalq Qalib Liderini seçmişdir!
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

