YAP uğurlu gənclər siyasəti həyata keçirir
07.03.2012 [00:49]
Azərbaycanın iqtisadi və maliyyə imkanları artdıqca milli-intellektual potensialın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də böyük vüsət alır. ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bizim məqsədimiz neft kapitalını insan kapitalına çevirməkdən ibarətdir. Görülən işlərin nəticəsidir ki, Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib, həmçinin, azərbaycanlı gənclər təhsil almaq üçün xarici ölkələrə göndərilib.
Qeyd edək ki, dövlətin həyata keçirdiyi təhsil siyasətinə ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) da özünəməxsus şəkildə töhfəsini verir. Partiya sosial-mədəni həyatın əsas sahələrini - elmin, təhsilin və mədəniyyətin inkişafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bütün sadalanan prinsiplərə hər zaman sadiqliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyası artıq ənənə halını almış, Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə məktəblilər arasında keçirilən “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinin qaliblərinə təqaüd verilməsi barədə qərar qəbul edib. Qeyd edək ki, bu layihəyə ötən ildən Heydər Əliyev Fondu da qoşulub. Artıq bu müsabiqənin qaliblərindən partiyanın təqaüdünü alan gənclərin sayı da artmaqdadır.
İnşa müsabiqəsinin qaliblərindən olan - Ələsgər Həmid oğlu Yusubov, Jalə Sarvan qızı Əmirova və Türkan Rafiq qızı Dadaşzadə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə təsis edilən təqaüdün sahibi olmaqla qazandıqları uğurun bəhrəsini hələ qarşıdakı 4 il ərzində görəcəklər.
Ələsgər Yusubov Suraxanı rayon 114 saylı orta məktəbi bitirib. 10-cu sinifdə oxuyarkən “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsində iştirak edib. O, müsabiqədə birinci yeri qazanıb. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olmaq üçün imtahan verib və tələbə adını qazanıb. Hazırda Ə.Yusubov Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin I kurs tələbəsidir. Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan Ələsgər deyir ki, müsabiqənin keçirilməsi haqqında ona məktəbdə məlumat verilib: “Şərtləri öyrəndikdən sonra mən də müsabiqəyə qatıldım. ümummilli liderimiz Heydər Əliyevlə bağlı düşündüklərimi yazdım və qalib oldum. Yazdığım inşa Ulu öndərin anadan olmasının ildönümünə həsr olunan müsabiqədə I yerə layiq görüldü”.
Ə.Yusubov müsabiqənin qalibləri arasında olduğunu “Gülüstan” sarayında keçirilən mərasim zamanı bilib: “Gülüstan” sarayında keçirilən tədbirdə həvəslə iştirak etdim. Qaliblərdən biri olduğumu elə orada öyrəndim. Adım birincilər sırasında çəkildi. Hədiyyə və diplom aldım. YAP-ın Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov inşa müsabiqəsinin qaliblərini təbrik edəndən sonra bizim üçün sevindirici olan bir xəbəri də elan etdi. Məlum oldu ki, müsabiqənin qalibləri ali məktəblərə daxil olacaqları təqdirdə YAP tərəfindən təqaüd alacaqlar. Əli müəllim, həmçinin, müsabiqəni dövlətçilik, vətənpərvərlik, yaradıcılıq və intellekt məktəbi adlandıraraq bunun artıq ənənəyə çevrildiyini, bundan sonrakı illərdə də keçiriləcəyini bildirdi”.
Beləliklə, I yeri qazanmaqla yanaşı, bu xəbəri eşitmək orta məktəb şagirdi üçün ikiqat sevincə səbəb olub. Eyni zamanda, bu, onun növbəti qələbəsini stimullaşdırıb: “Məlum oldu ki, əsas hədiyyəni - təqaüdü almaq üçün tələbə olmaq, qarşıya qoyulan şərti ödəmək lazımdır. Yəni, bu təqaüdü almaq üçün daha çox çalışmalı, inşa müsabiqəsində qazandığım nailiyyətə layiq olmalıydım. Axı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı təsis edilən təqaüdün sahibi olmağa namizəd idim və bu imkandan istifadə etməli, mənə verilən şansdan yararlanmalı, həm də buna layiq olduğumu sübut etməli idim”.
Bu çalışqanlıq, məsuliyyət nəticə verib. Tələbə adını qazandıqdan sonra YAP-ın təsis etdiyi təqaüdün sahiblərindən biri olacağına çox sevinən Ə.Yusubov artıq YAP-ın üzvü olmağa da hazırlaşır. Partiyanın gəncliyin inkişafı üçün töhfələr verdiyini deyən tələbə hesab edir ki, YAP üzvü olmaqla öz imkanlarını daha geniş şəkildə ifadə edə biləcək. “Bu yaxınlarda 18 yaşım tamam oldu. Bundan sonra YAP-a üzv olmaqla əlaqədar lazımi təşkilatlara müraciət etmişəm. 2012-ci il həm YAP-ın təqaüdçüsü, həm də bu partiyanın üzvü olduğum üçün həyatımda ən gözəl illərdən biri olacaq”, - deyə o qeyd edib.
Digər təqaüdçü Jalə Əmirova isə əslən ağdamlıdır, ermənilərin işğalçılıq siyasəti ona Azərbaycanın bu gözəl guşəsində yaşamağı nəsib etməyib. Onun ailəsi dədə-baba yurdunu tərk etmək məcburiyyətində qalıb. J.Əmirova orta təhsilini Bakıda yerləşən Şuşa şəhər 5 saylı ümumtəhsil məktəbində alıb. Bu məktəbin fəal şagirdi artıq tələbə adını qazanıb. O bu il ali məktəbə qəbul imtahanı verərək Milli Aviasiya Akademiyasının tələbəsi adını qazanıb. Artıq bir neçə aydır ki, sahib olduğu tələbə bileti nəinki arzularını gerçəkləşdirmək, həm də Yeni Azərbaycan Partiyasının təsis etdiyi təqaüdü alması üçün bir vasitədir. Belə ki, J.Əmirova da 2011-ci ildə keçirilən “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinin qalibi olan birincilərdəndir: “Mənim bu müsabiqədə iştirakım təsadüfi deyildi. Artıq ikinci, üçüncü sinifdən məktəb və rayonda təşkil edilən ictimai tədbirlərdə iştirak edirdim. ümummilli liderimiz Heydər Əliyevin xalqımızın çətin anlarında xilaskarlıq missiyasını yerinə yetirdiyini valideynlərimdən eşitmişəm, həm də bu barədə oxumuşam. Ona görə də, bu mövzuda inşa yazmağı özümə mənəvi borc bildim. Mən dahi şəxsiyyət haqqında düşündüklərimi, müstəqil fikirlərimi yazmışam. Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir təşkilatın təsis etdiyi təqaüdün sahibi olmaq şərəfli, qürurvericidir. Bu ilin iyul ayında 18 yaşım tamam olacaq. Bundan sonra isə dərhal YAP-ın üzvü olmaq üçün müraciət edəcəm. Bu partiyada gənclərin inkişafı üçün bütün imkanlar var”.
Türkan Dadaşzadə isə ötən ilin noyabr ayından YAP-ın təqaüdünü alır. Ağcabədi rayonunda dünyaya gələn T.Dadaşzadə bu rayonun M.F.Axundov adına 3 saylı məktəb-liseyində təhsil alıb: “2008-ci ildə, 9-cu sinifdə oxuyarkən “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsində iştirak etdim və birinci yeri qazandım. Həmin tədbirdə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov müsabiqənin qalibləri ali məktəblərə qəbul olacaqları təqdirdə onlara partiyanın təqaüdünün veriləcəyini bəyan etdi. Mən də ötən il orta məktəbi bitirdim və ali məktəbə imtahan verdim. 498 bal toplayaraq Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinə daxil oldum. İndi həm tələbə, həm də YAP-ın təqaüdçüsü adını daşıyıram. Bunların hər ikisi mənim üçün əzizdir. çalışıram ki, yaxşı təhsil alıb dövlətimə layiqincə xidmət edim. Eyni zamanda, bir gənc olaraq Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın etimadını doğrultmağa çalışacam. Bu gün Prezidentimiz İlham Əliyev Azərbaycan gəncliyinə yüksək qayğı göstərir. Sevinirəm ki, mən yeniləşən, inkişaf edən Azərbaycanın vətəndaşıyam”.
Türkan bir tələbə kimi ehtiyaclarının ödənməsində YAP-ın verdiyi təqaüdün ona çox kömək etdiyini deyib.
Göründüyü kimi, YAP-ın həyata keçirdiyi bu tədbirlər gənclərimiz tərəfindən rəğbətlə qarşılanır. Qeyd edək ki, partiyamız bu layihə çərçivəsində ümumilikdə 23 tələbəyə təqaüd verir. “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsinin hər il keçirildiyini nəzərə alsaq, təqaüdçü gənclərin sayının artacağını söyləmək olar. Bütün bunlar onu göstərir ki, Yeni Azərbaycan Partiyası uğurlu gənclər siyasəti həyata keçirir. Bu siyasət Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verməkdədir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

