YAP Zəngilan rayon təşkilatında YAP-ın yaradılmasının 31 ili qeyd olunub
21.11.2023 [16:34]
“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası dünənin , bu günün və gələcəyin partiyasıdır” adlı rəsm və əl işlərindən ibarət sərgi keçirildi.
Əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektor müdiri Kənan İmaməliyev, Abşeron rayon Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova, Azərbaycan Rəssamlar İttifaqının üzvü, beynəlxalq və yerli sərgilərin, simpoziumların iştirakçısı Şafiq Osmanov, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin idman sektorunun müdiri Zakir Məmmədov, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.
Giriş nitqi ilə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxış edərək mühüm bir hadisənin - Yeni Azərbaycan Partiyasının yaranmasının 31 -ci ildönümünün qeyd olunduğunu bildirdi. Tədbir iştirakçılarını YAP-ın yaranmasının 31 illiyi münasibətilə təbrik edərək Yeni Azərbaycan Partiyasının 31 il ərzində ümumxalq partiyasına çevrildiyini, Azərbaycanın inkişafı naminə çalışdığını qonaqların diqqətinə çatdırdı. Natiq Quluzadə partiyanın yaranma tarixinə nəzər salaraq vurğuladı ki, 1990-cı ilin əvvəllərində Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Ölkənin gələcəyini düşünən ziyalıların müraciətini qəbul edən Heydər Əliyev Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsasını qoydu.
Tədbir zamanı çıxış edənlər Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoyduğunu, Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsində YAP-ın Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdən olduğunu bildirmişlər.
Daha sonra rəsm və əl işlərindən 5 ən yaxşı rəsm seçilərək təltif edilib. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatmışdır.
Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22

