İnkişafın şahidiyik
15.11.2023 [12:28]
Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətində əsas yer tutur. Tarixi Zəfərimiz bu birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsində öz sözünü deyir. Noyabrın 9-da İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olan dövlət başçısı İlham Əliyev istər tədbirdəki çıxışında, istərsə də dost ölkənin Prezidenti Şavkat Mirziyoyev ilə görüşündə bu kimi məqamlara xüsusi diqqət yönəltdi. Belə ki, keçirilən görüşdə Azərbaycan xalqını 8 noyabr-Zəfər Günü münasibətilə təbrik edən Özbəkistan Prezidenti sevincini “Özbəkistanda da böyük bayram oldu” fikirləri ilə ifadə etdi. Belə bir inam ifadə edildi ki, güclü Azərbaycan artıq irəliyə doğru addımlayacaq və Azərbaycan xalqının, Azərbaycanın dostlarının, o cümlədən özbək xalqının, Özbəkistanın və Özbəkistan rəhbərliyinin də uzun illər gözlədiyi uğurlara nail olacaq: “Ümidvarıq ki, Qarabağ gələcəkdə Azərbaycanda çiçəklənən torpaq olacaq, çünki Siz çox işlər görürsünüz. Mən Şuşada və Füzulidə həyata keçirilən bütün işləri öz gözləri ilə görmüş insanam. Çox şadam ki, orada olmuşam. Mən də onların nələr etdiklərini, özlərindən sonra nələr qoyub getdiklərini və Sizin səyləriniz sayəsində görülən işləri danışacağam. Yaxın ölkə olaraq, daha böyük uğurlar diləyirəm. Azərbaycan xalqı kimi, biz də ədalətin onsuz da zəfər çalacağını, Azərbaycan xalqının öz Qələbəsini qazanacağını gözləyirdik.” Özbəkistan Prezidenti əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin rolunu vurğuladı. Azərbaycanın bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurları Özbəkistanda böyük sevinc hissi doğurur. Bu əminlik də bildirildi ki, ikitərəfli əlaqələr qarşıdakı illərdə də inkişaf edəcək. Cənab İlham Əliyev tarixi Zəfərimizin üçüncü ildönümü münasibətilə Şuşaya, Füuliyə səfərindən bəhs edərək “Füzuli şəhərinin yaxınlığından keçəndə Sizin bizə təqdim etdiyiniz qardaş hədiyyəsinə - Mirzə Uluqbəy adına məktəbə bir daha böyük məmnunluq və minnətdarlıqla baxdım. Zənnimcə, Füzuliyə gələn hər kəs, orada yaşayanların hamısı belə münasibətə görə Sizə minnətdardırlar. Bu, qardaş dövlətin ərazilərimizin bərpası prosesində aldığımız birinci hədiyyəsidir” fikirləri ilə Azərbaycan-Özbəkistan münasibətlərinin dostluq, qardaşlıq səviyyəsində yüksələn xətlə inkişaf etməsindən məmnunluğunu ifadə etdi. O da bildirildi ki, həyata keçirilən əməkdaşlıq gələcəkdə iki ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət edir. Qeyd edək ki, Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Dövlət başçısı İlham Əliyev Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısındakı çıxışında onu da vurğuladı ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir: “Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram.” İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də iki dost ölkənin əlaqələri yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17

