/ / YAP Gənclər Birliyinin üzvləri "Qış məktəbi" layihəsi çərçivəsində Qəbələ və Oğuz rayonlarında səfərdədirlər
YAP Gənclər Birliyinin üzvləri "Qış məktəbi" layihəsi çərçivəsində Qəbələ və Oğuz rayonlarında səfərdədirlər
18.02.2012 [09:26]
Cənubi Qafqaz regonunun avanqard və ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası (YAP) hər zaman uğurlu fəaliyyəti ilə Azərbaycan ictimaiyyətinin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. Onu da vurğulamaq yerinə düşər ki, YAP-ın bir çox sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Xüsusilə, ölkə gəncliyi, həmçinin, onlara göstərilən diqqət və qayğı da YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. Məhz YAP tərəfindən bir neçə ildir ki, böyük uğurla davam etdirilən və ölkəmizin bütün bölgələrindən olan gəncləri əhatə edən yay və qış məktəbləri layihələri də bu diqqət və qayğının bariz nümunəsidir. Həmçinin, gənclərin intellektual inkişafının, səmərəli istirahətinin təşkili baxımından yüksək əhəmiyyətə malikdir. Layihələrin məqsədi gənclərin həm asudə vaxtlarını yaxşı keçirmələri, bir-birilə təmas və münasibət qurmaları, həm də onlar üçün intellektual və əyləncəli, idman yarışlarının təşkilidir.
Bu layihələr çərçivəsində YAP-ı təmsil edən deputatlar, ictimaiyyətin tanınmış ziyalıları gənclərlə görüşlər keçirirlər. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşür, gəncləri maraqlandıran suallara cavab verirlər. Təbii ki, bütün bunlar gənclərdə böyük marağa və yaddaqalan xatirələrə çevrilir. Bu dəfə də YAP Gənclər Birliyi “Qış məktəbi” layihəsinə start verib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri “Qış məktəbi” layihəsi çərçivəsində fevralın 17-dən Qəbələ və Oğuz rayonlarında səfərdədirlər. Layihə çərçivəsində gənclər dünən Qəbələ diyarşünaslıq muzeyi ilə tanış olublar. Gənclərə muzey haqqında məlumat verilib və bildirilib ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 20 minə yaxın tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq tətbiqi sənəti nümunələri, qədim əlyazma və çap kitabları diqqəti xüsusilə cəlb edir. Doqquz yüz kvadratmetr ərazisi olan muzeydə 13 ekspozisiya zalı, Heydər Əliyev xatirə guşəsi, şəkil qalereyası, zəngin elmi kitabxana, qədim daş abidələrdən təşkil olunmuş sərgi meydançası var. Bildirilib ki, muzeydə yaşı yüz illərə çatan qiymətli eksponatlar saxlanılır. “Qış məktəbi”nin iştirakçıları olan gənclərə bu eksponatlarla bağlı geniş məlumat verilib. Qeyd olunub ki, Qəbələ rayonunda təşkil olunan bir sıra mühüm beynəlxalq tədbirlərin iştirakçıları bu muzeydə olublar və qədim Azərbaycan tarixini əks etdirən bu eksponatlarla yaxından tanış olublar.
“Qış məktəbi” layihəsinin iştirakçıları daha sonra Qəbələ və Oğuz rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində olublar.
Mərkəzlərdə gənclərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib. Ulu öndərin fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolar gənclərin böyük marağına səbəb olub. Bundan başqa, gənclər ayrı-ayrı dövrlərdə ümummilli liderin Qəbələ və Oğuz rayonlarına səfərlərini əks etdirən fotoşəkillərə də baxıblar.
Bildirilib ki, müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin fəaliyyətində gənclər siyasəti və bu kateqoriyadan olan nəslin nümayəndələri hər zaman xüsusi yer tutub. Hələ 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışarkən Ulu öndər Heydər Əliyev azərbaycanlı gənclərin intellektual inkişafı, elmi sahədə biliklərinin genişləndirilməsi və milli kadr potensialının formalaşması yönündə mühüm addımlar atıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər yenidən gənclərin ölkə həyatında fəal rol oynamasına şərait yaradıb.
Vurğulanıb ki, bu gün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Gənclər bu görüşlərin onlarda müsbət təəssürat oyatdığını bildiriblər. ümumiyyətlə, qeyd etmək lazımdır ki, YAP-ın keçirdiyi yay və qış məktəbləri gənclərin nəzəri baxımından təhsil aldığı müddətdə əldə etdiyi bilikləri həmin düşərgələrdə keçirilən diskussiyalarda paylaşmaq imkanı yaradır. Bu zaman gənclər həm öz potensialını reallaşdırır, özünü sübut edir, malik olduğu natiqlik, fikir yürütmə qabiliyyətlərini üzə çıxarır, həm də fikir mübadiləsi aparmaq imkanı əldə edir. Bu baxımdan, YAP-ın reallaşdırdığı bu tədbirlər xüsusi əhəmiyyətə malikdir.
Görünən odur ki, Yeni Azərbaycan Partiyası Azərbaycan gəncliyinə özünü sübut etmək, daxili istedadını üzə çıxarmaq üçün perspektivli fəaliyyət platforması yaradır. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının “Qış məktəbləri” layihəsi, gənclərə ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, milli dövlətçiliyimizin tarixi, onun möhkəmləndirilməsi, həmçinin, ölkədə reallaşdırılan siyasi-iqtisadi kurs haqqında biliklərin əldə olunması istiqamətində əlverişli şərait yaradır.
Bir sözlə, yay və qış məktəbləri layihəsi gənclərə bir daha canlı ünsiyyət qurmağa, fikir mübadiləsi aparmağa, vahid məqsəd ətrafında daha sıx birləşməyə, bəzi hallarda anti-Azərbaycan qüvvələrinin şirnikləşdirici vədlərinə aldanaraq səhv istiqamət götürən gənclərin düz yola gətirilməsi üçün çağırışlar etməyə imkan yaradır. Bu isə həm də onu deməyə əsas verir ki, YAP hər zaman ölkə gəncliyinin inkişafına, vətənpərvər ruhda inkişafına şərait yaradır. İkinci bir tərəfdən isə, bu layihə Azərbaycanın və Cənubi Qafqaz regionunun ən böyük partiyası olan YAP-ın bir ailə kimi möhkəmlənməsinə dəstək verir.
Qeyd etdiyimiz kimi, hər il layihə çərçivəsində millət vəkilləri və ziyalılar gənclərin görüşünə gəlirlər. Bu dəfəki “Qış məktəbinin” birinci günündə keçirilən tədbirlərdə gənclərlə birgə iştirak edən millət vəkili Sahibə Qafarova bildirib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda gənclərə diqqət və qayğı siyasətinin Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini bildirən S.Qafarova bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda gənclər siyasəti ilə bağlı Prezident İlham Əliyev tərəfindən xeyli sayda Sərəncam imzalanıb: “Məlum olduğu kimi, ötən ilin iyul ayında Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu sənədin təsdiq olunması bir daha Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirildiyini əyani şəkildə sübut edir. Fikrimcə, YAP-in keçirdiyi yay və qış məktəbləri bu siyasətin daha yüksək nəticələr verməsinə imkan yaradır. Bu tədbirlər gənclərin dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyyə olunmasını təmin edir”.
“Qış məktəbi” layihəsi çərçivəsində gənclərin qonağı olan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı siyasətinin uğurla davam etdirilməsinin gənclərin ictimai-siyasi fəallığının ildən-ilə artmasına imkan verdiyini bildirib. M.Abasquliyeva deyib ki, bu mənada yay və qış məktəbləri mühüm yer tutur: “YAP hər zaman gənclərin potensialını yüksək səviyyədə qiymətləndirir. Seçki prosesində gənclərin iştirakı, parlament və bələdiyyələrdə bu nəslin nümayəndələrinin təmsil olunmaları buna misaldır. Bu gün YAP-ın sıralarında təmsil olunan gənclər böyük bir qüvvədir. Hesab edirəm ki, Azərbaycan gənclərinin YAP-ın sıralarına qoşulmasının çox ciddi əsasları var. Bu, ilk növbədə, onların Heydər Əliyev ideyalarına sadiqliyi və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi ilə əlaqədardır. Eyni zamanda, burada YAP-ın gənclər üçün böyük imkanlar yaratması da xüsusi rol oynayır. Yəni, partiyamız gənclərə öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirmək üçün bütün imkanlar yaradıb. Keçirilən layihələrdəki fikir mübadilələri də bunu deməyə əsas verir”.
Qeyd edək ki, “Qış məktəbi” layihəsi bu gün də davam edib. Layihə çərçivəsində “Azərbaycan-2020: gəncliyin gələcəyə baxışı” mövzusunda diskussiya keçirilib.
Daha sonra region gəncləri ilə layihə iştirakçılarının görüşü baş tutub.
Sonra gənclər bir sıra intellektual oyunlar keçiriblər.
“Qış məktəbi” layihəsi fevral ayının 19-da başa çatacaq.
P.S Fevralın 18-də keçirilən tədbirlərlə bağlı geniş reportajı növbəti sayımızda oxuya bilərsiniz.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

