Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mövzusunda tədbir keçirilib
25.10.2023 [20:11]
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq oktyabrın 25-də Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
Astara rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Astara, Cəlilabad, Lerik, Lənkaran, Masallı və Yardımlı rayonlarını təmsil edən gənclər iştirak ediblər.
Tədbirdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov və Astara Rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis-mayoru Orxan Novruzov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, bu gün qlobal dünyanın əsas çağırışlarından biri narkomaniya və narkobiznesə qarşı mübarizədir. Ölkəmiz bu bəlaya qarşı mübarizədə səylərini artırır, bu və ya digər sahələrdə yaratdığı fəsadların aradan qaldırılması üçün konkret tədbirlərin həyata keçirilməsini daha da sürətləndirir. Dövlət başçısı İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifə və tapşırıqları yerinə yetirmək məqsədilə artıq ikinci ildir ki, YAP Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə Tədbirlər Planına əsasən respublikamızın müxtəlif bölgələrində aidiyyatı dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə silsilə tədbirlər keçirilir. Məqsəd gəncləri məlumatlandırmaq və maarifləndirmə yolu ilə sağlam gələcəyimizin təmin olunmasına töhfə verməkdən ibarətdir.
Çıxışlarda bu mühüm məqam xüsusi qeyd edilib ki, ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Ailə ənənələrin qoruyucusu və ötürücüsüdür. Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir. Ailə dəyərlərinin qorunmasında cəmiyyətin, dövlətin bütün institutları fəal və məsuliyyətli olmalıdır. Cəmiyyətin hər bir üzvü ailələri narahat edən problemlərin həlli istiqamətində dövlətə yaxından köməklik etməlidir. Sağlam, möhkəm ailə hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır.
İnteraktiv formada davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30

