Qubadlı sürətlə dirçəlir
25.10.2023 [15:11]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qubadlı şəhərinin işğaldan azad edilməsi xəbərini xalqımıza verdiyi gündən 3 il keçir.
“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Ölkə Başçımız 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Zəngilandan sonra Qubadlının azad olunmasını belə xarakterizə edib.
Oktyabrın 25-i Azərbaycan dövlətinin tarixində əbədi qalacaq ən parlaq səhifə oldu. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Qubadlı sakinlərinin yurd həsrətinə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyuldu.
Qubadlı rayonunun azad edilməsinin strateji əhəmiyyətini xüsusi olaraq vurğulayan Prezident cənab İlham Əliyev deyirdi: “Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi”.
Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Həmin gün, böyük Qələbədən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri Qarabağ və Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Qubadlı sakinlərinin xatirəsində ən parlaq səhifə oldu. 2020-ci ilin dekabrın 23-də Müzəffər Ali Baş Komandan Qubadlıda Azərbaycanın üçrəngli bayrağını ucaldıltdı. Bir il sonra dövlət Başçımız Qubadlının azad edildiyi gün Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılış mərasimlərində iştirak etdi, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. 19 oktyabr 2022-ci ildə Qubadlıya səfəri zamanı Prezident cənab İlham Əliyev“Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoydu. 2023-cü ilin mayın 4-də ölkə başçımızın rəhbərliyi ilə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlinin qoyması qubadlıların sevincinə sevinc qatdı.
Üç il öncə işğaldan azad olunan Qubadlı sürətlə dirçəlir. Düşmənin dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, hətta təbiətə qarşı vandallıq əməlləri törətdiyi Qubadlı şəhəri bərpa edilir, dünyanın ən gözəl məkanına çevrilir. Erməni vandallarının göz tikdiyi Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı həm Qubadlının əhalisinin işlə təminatında, həm də ölkəmizin iqtisadiyyatında müsbət əhəmiyyəti ilə seçilir.
İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz kimi "Ağıllı şəhər" və "ağıllı kənd" layihəsi əsasında qurulan, yeni inkişaf dövrünü yaşayan Qubadlı şəhəri də dünyanın diqqətindədir. Ən əsası isə işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönür, öz yurdlarından köçkün düşmüş soydaşlarımız doğma ocaqlarının işığını yandırırlar, yenidənqurma layihələrinin, düşmənin viran qoyduğu rayonların, şəhərlərin, kəndlərin abadlaşdırılmasının şahidi olurlar.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

