Gədəbəy rayonunda Ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşlər keçirilir
18.10.2023 [16:28]
18 oktyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı tərəfindən yerlərdə partiya fəalları ilə görüşlərin keçirilməsi üçün tərtib edilmiş qrafikə uyğun olaraq görüş keçirilmişdir. Ərtəpə kənd və Dəyəqarabulaq kənd ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, ərazi partiya təşkilatının fəalları, gəncləri iştirak etmişdirlər.
İlk öncə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev görüş iştirakçılarını salamlayaraq, görüşün keçirilmə məqsədi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev qeyd etdi ki, 1991-ci il 18 oktyabr tarixində Ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi. 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olmuşdur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etmişdir.
Rayon təşkilatının sədri Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu qeyd edərək,Ümumilli Liderin fəaliyyətindən, ölkəmiz üçün gördüyü əvəzsiz işlərdən eyni zamanda Heydər Əliyev İli ilə əlaqədar Gədəbəy rayonu ərazisində keçirilən silsilə tədbirlərdən ətraflı məlumat vermişdir.
Rüstəm Nağıyev YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışıb. Partiya sıralarında çoxlu sayda gəncin toplandığını, partiya üzvlərinin sayının sürətlə artdığını diqqətə çatdıran Təşkilat sədri bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının sıraları durmadan artır. Sevindirici haldır ki, bu, kəmiyyətdə deyil, keyfiyyətdə də özünü göstərir. Azərbaycan Respublikasının Prezidenti, YAP sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, 44 günlük Vətən müharibəsindəki qələbə, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı kimi məsələlərlə bağlı maarifləndirici söhbətlər aparılmışdır.
Sonra Ərtəpə kənd ərazi partiya təşkilatının və Dəyəqarabulaq ərazi partiya təşkilatının üzvləri Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini, YAP ətrafında sıx birləşib bundan sonra da dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərini, Azərbaycanın gələcək inkişafında partiya üzvləri kimi daha da fəal olacaqlarını bildirdilər.
Görüşün sonunda tədbir iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

