Uğurlu siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi
13.10.2023 [13:53]
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünə saylı günlər qalır. “Heydər Əliyev İli” çərçivəsində qeyd edilən hər bir bayram, tarixi gün dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin təhlilini bir zərurətə çevirir. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın hansı vəziyyətdə olacağını düşünmək belə çətin deyildi. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedir, torpaqlarımız işğal edilirdi. Təbii ki, bu faciələrin, təhlükələrin yaşanmasına səbəb həmin dövrün iqtidarının idarəçilik qabiliyyətinin yoxluğu, səriştəsizliyi, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması idi. Xalq bu çətin anlarda Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi və hər zaman xalqının yanında olan Ulu Öndər qayıdışı ilə Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcını qoydu. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir ki, böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.
Məhz Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, ölkəsini, xalqını irəli aparmaq, Azərbaycanı zirvələrdə görmək istəyi təkmil inkişaf konsepsiyasının hazırlanmasında və tətbiqində əhəmiyyətli rol oynadı. Azərbaycan yenidən quruldu, dünyaya Günəş kimi doğdu.
Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu yolun uğurlu davamını təmin etmək üçün 2003-cü ildə xalqa tarixi müraciəti xüsusi qeyd edilir. Dahi şəxsiyyət həmin müraciətində cənab İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu qeyd etmişdir. Belə bir inam ifadə edilmişdir ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə cənab İlham Əliyev başa çatdıra biləcək. Ona özü qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyir.
Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 15 oktyabr 2003-cü il prezident seçkilərindən 20 il keçir. 20 il o qədər böyük uğurlarla zəngindir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Heydər Əliyev siyasətinin davamına səs verən xalqımız Azərbaycanın bugünkü reallıqlarının təməlini qoydu.
Artıq üç ildir böyük qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz və onun əsasında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri böyük səylərin, qətiyyətin, dəyişməz mövqeyin, ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətin nəticəsidir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımız düşməndən azad edilsin və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımız dalğalansın. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük İkinci Qarabağ müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunur. Dövlət başçısı bu illərin gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha təsdiqlədi.
Uğurlu siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxr edir və sözlə ifadə edilməsi mümkün olmayan sonsuz qürur hissi keçirir ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Zəfərimizin dünyaya təqdimatı oldu. 30 illik torpaq həsrətinə, nisgilə, sıxıntılara son qoyuldu. Müstəqilliyimizin, suverenliyimizin, milli mənliyimizin, qürurumuzun, kimliyimizin rəmzi olan üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalandıqca başımızı dik tutur, hər zaman böyük inamla bəyan etdiyimiz “Biz tarixi torpaqlarımıza qayıdacağıq” çağırışının reallıqda öz əksini tapmasından xoşbəxtik. Bu tarixi Qələbənin əldə olunmasında milli birliyimizin, həmrəyliyimizin rolu xüsusi qeyd olunur. 44 günlük müharibə bir daha göstərdi ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı qəhrəman Prezidentini qarşılayan qalib xalq öz müdrik rəhbərinə sonsuz sevgi və ehtiramını bir daha nümayiş etdirdi. Ölkə Prezidentinin bu səfəri Qələbə sevincini xalqla paylaşmaq, tarixi Zəfərə gedən yolun ilk qələbəsinə nail olduğumuz bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırmaq idi: Bu torpaqların sahibi Azərbaycan xalqıdır və burada əbədi olacağıq. Qarabağ Azərbaycandır!
İşğaldan azad edilmiş ərazilərimizə səfərlər yeni həyatın başlanmasının rəmzidir. Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdır və yeni həyat başlayır. Xalqına Qələbə sevincini yaşadan Prezidentə milyonların sevgisi şəksizdir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16

