Laçın sərhəd-buraxılış məntəqəsi düşmənin rahatlığını pozur
04.09.2023 [15:37]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
44 günlük Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə tarixə yazıldı. Müstəqillik tariximizin ən parlaq səhifəsinə çevrilən böyük Qələbə nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, dünya ictimaiyyəti xalqımızı mübariz, müzəffər xalq kimi tanıdı.
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, xalqımızı daha güclü, bayrağımızı daha uca etməyə hədəflənib. Dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimiz yenidən qurulur, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qayıdırlar. İnanırıq ki, bu qayıdış soydaşlarımızın təkcə Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.
Bu ilin 23 aprel tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində sərhəd-buraxılış məntəqəsi qurulması, burada dövlət bayrağımızın dalğalandırılması ölkəmizin sərhədlərinin toxunulmazlığının vacibliyini bir daha dünyaya bəyan etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətinin şah əsəri 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbə, torpaqlarımızım düşmən işğalından azad edilməsi nəticəsində“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması bir daha bütün dünyaya “Biz Azərbaycan dövləti olaraq sərhədlərimizin bütövlüyünü təmin etmək iqtidarındayıq. Bizim torpaqlarımızda olan buraxılış məntəqəsindən ancaq bizim icazəmiz olan, qanunlarımızın icazə verdiyi, imkan yaratdığı, Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edən yüklər kecə bilər” mesajını verdi.
Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Erməni vandalları və onların havadarları bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışırlar. Onlar unudurlar ki, sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir və ölkəmizin daxili işidir.
Strateji əhəmiyyətə malik Laçın sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu. Laçın sərhəd-buraxılış məntəqəsi yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin, həmçinin separatçıların tərksilah olunmasında öz sözünü deyəcək və düşmənin növbəti təxribatlarının qarşısını alacaq. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı rəsmi İrəvanın, Fransa kimi ölkələrin rahatlığını hələ çox pozacaq.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30

