İndi dünya Azərbaycan həqiqətlərini Şuşadan da eşidir
27.07.2023 [11:19]
Doğma Qarabağımızın tacı, Qafqazın incisi olan Şuşa Azərbaycan xalqı üçün müqəddəs və əziz məkan, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir hissəsidir. Zəngin inkişaf yolu keçmiş, ölkəmizin və bütün Cənubi Qafqazın mədəni, ictimai - siyasi həyatında müstəsna rol oynamış Şuşa şəhəri bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlamışdır. Dünyaya bəxş etdiyi dahi şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Tarixi Zəfərdən sonra qısa müddət ərzində Şuşa şəhəri müxtəlif xarakterli beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir.
Bu ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışı, aparılan müzakirələr, xarici və yerli jurnalistlərin verdiyi sualların cavablandırılması ilə çox yaddaqalan oldu. Üç saata yaxın davam edən müzakirələrdə cənab İlham Əliyevin söylədiyi hər bir fikir, gündəmə gətirdiyi hər bir məsələ, irəli sürdüyü təkliflər gələcək üçün bir ideya, bir yol xəritəsi idi. Tədbirdə dövlət başçısı İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarından, sülh və yeni əməkdaşlıq çağırışlarından, hazırkı dövrün əsas hədəfləri olan “Böyük Qayıdış” proqramının uğurlu icrasından və hərbi gücümüzün artırılmasının vacibliyindən geniş bəhs etdi. Bu məqam da xüsusi vurğulandı ki, Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar dünya gücləri tərəfindən qəbul olunur. İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç ilə yaxın vaxt keçib. Getdikcə daha çox sayda bəyanatlar eşidilir ki, Qarabağ Azərbaycanın ərazisidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, işğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı.Hökumətimizin çox uzaqgörən və proqnozlaşdırıla bilən proqramı olduğunu bildirən Prezidentimiz qeyd etdi ki, inkişafla bağlı, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı da proqramımız var. Azərbaycanda yaşayan əcnəbi insanlar təsdiq edə bilərlər ki, ölkəmizdə idarəçilikdə çox müsbət dəyişikliklər var, xüsusilə də bizim maliyyə sistemimizdə. Korporativ menecment baxımından da bizim şirkətlərdə böyük dəyişikliklər var.Ölkəmizin iqtisadiyyatı sabitdir. Xarici borcumuz ümumi daxili məhsulla müqayisədə təqribən 10 faizə bərabərdir. Bizim valyuta ehtiyatlarımız da ümumi daxili məhsuldan 10 dəfə artıqdır və biz xarici borcumuzu bir həftə içərisində bağlaya bilərik. Ticarət dövriyyəmiz böyük profisitlə həyata keçirilir. Son altı ay ərzində ixrac-idxalla müqayisədə bizim profisitimiz 10 milyard dollara bərabər idi. Siyasi vəziyyət sabitdir. Azərbaycan özünü neft-qaz sahəsində etibarlı tərəfdaş kimi sübut edib və bu gün coğrafi yerləşməni, artıq çox müasir nəqliyyat infrastrukturunu nəzərə alaraq əlaqələndirmə məsələlərində fəal çalışır. Rəqəmsallaşma sektoruna böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Mövcud istiqamətdə böyük potensialımız var və fərqli təyinatlı layihələr icra olunur. Prezidentimiz “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində xarici və yerli jurnalistlərin verdiyi bütün sualları cavablandıraraq demək olar ki, ölkə həyatının bütün sahələrinə toxundu və Azərbaycan həqiqətlərini, mövcud reallıqları qədim Şuşadan bir daha bütün dünyaya çatdırdı və növbəti çox mühüm mesajlarını, çağırışlarını etdi.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

