/ / “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib
“14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib
13.07.2023 [11:37]
Xocavənd Rayon İcra hakimiyyətininin iclas zalında “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov bildirib ki, Azərbaycanın xilaskar oğlu Heydər Əliyev Azərbaycan xalqının müstəqillik mübarizəsində misilsiz xidmətlər göstərmiş, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Sovetlər İttifaqı dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul Plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikamızın rəhbəri olmuşdur. Ulu öndərin Azərbaycanın rəhbəri seçilməsi xalqımızın tarixində və taleyində əhəmiyyətli dönüş, başlanğıc, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu möhtəşəm tarixdir.
Xocavənd Rayon İcra Hakmiyyəti başçısının müavini Əfsanə Quliyeva bildirdi ki, dünya şöhrətli dövlət və siyasət xadimi, dahi şəxsiyyət,əbədiyaşar lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan xalqının tarixində misilsiz xidmətləri barədə danışaraq bildirib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş və bu gün davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir. Ulu Öndər Azərbaycana rəhbərliyinin birinci dövründə özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük uğurlara nail ola bildi. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə kök saldığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.
Xocavənd Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin əməkdaşı Rəfiqə Şükürlü Heydər Əliyevin hələ 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə sovet rejimi çərçivəsində ümummilli idealların yenidən dirçəldilməsi və inkişaf etdirilməsi proseslərinin vüsət almağa başladığını qeyd etdi. R.Şükürlü Ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başladığı 14 iyul 1969-cu il ölkəmizin həm də müstəqil dövlətçiliyə doğru ilk böyük dönüşünün başlanğıcı olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov bildirib ki, türk dünyasının böyük oğlu böyük Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılamış, Azərbaycanı 1969-1982-ci illərdə inkişaf etmiş respublikaya çevirərək, həqiqətən, bugünkü müstəqilliyimizin təməlini hazırlamış, gələcək nəsillər üçün əvəzsiz, qiymətli miras qoymuşdur. N.Şirinov qeyd etmişdir ki, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur. Bu güc Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkəmizi daha da inkişaf etdirməyə, dünyada böyük nüfuz qazanmasına imkan vermişdir.
Digər çıxış edənlər əminliklə qeyd etmişlər ki, müstəqil və qüdrətli Azərbaycan bu gün ümummilli lider Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyir, yeni nailiyyətlər qazanaraq milli, iqtisadi və hərbi gücünü daha da artırır. Azərbaycan xalqı Vətəni və milləti qarşısındakı bənzərsiz xidmətləri ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış nəhəng tarixi şəxsiyyət Heydər Əliyevi hər zaman yüksək ehtiramla xatırlayacaq, onun əziz və unudulmaz xatirəsini daim xüsusi hörmətlə yad edəcəkdir.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

