Azərbaycan-İsrail münasibətləri yeni müstəvidə
05.06.2023 [16:38]
Qədim tarixi olan Azərbaycan və İsrail dövlətləri arasındakı dostluq əlaqələri bu gün uğurla inkişaf edir. İki ölkə arasında siyasi münasibətlər də yüksək səviyyədədir. 1992-ci il aprelin 7-də İsrail dövləti Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb.
Ümummilli lider Heydər Əliyev İsraillə münasibətlərin inkişafına xüsusi diqqət göstərirdi. Eyni zamanda, ulu öndərin önəm verdiyi məsələlərdən biri də beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin güclənməsi, möhkəmlənməsi idi. Bu gün ulu öndər siyasi kursunu zamanın tələblərinə uyğun olaraq davam etdirən Prezident İlham Əliyevin sayəsində Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrə çevriliblər. Hər iki dövlət beynəlxalq aləmdə bir-birlərini qarşılıqlı olaraq dəstəkləyirlər.
Məlum olduğu kimi mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə İsrail Prezidenti İsxak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Respublikasına iki günlük rəsmi səfər edib. İki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən bu səfərdə İsrail prezidentini 40 nəfərə yaxın nümayəndə heyəti müşayət edib. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının əvvəlcə təkbətək , daha sonra geniş tərkibli görüşləri baş tutub. Eyni zamanda, iki dövlət arasında bir sıra mühüm sənədlər imzalanıb. Mərasimin sonunda prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu bildirən dövlətimizin başçısı vurğuladı ki, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq. Cənab İlham Əliyev onu da qeyd etdi ki, həyata keçiriləcəyini planlaşdırılan birgə layihələr nəticəsində iki ölkə arasında daha balanslaşdırılmış ticarət dövriyyəsi olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bu il İsraildə Azərbaycan səfirliyinin açılmasının iki ölkə arasında əlaqələri daha yüksək səviyyəyə qaldıracağını və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacağını bildirdi.
Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə olduğu kimi, hərbi əməkdaşlıq da inkişaf edir və yüksək səviyyədədir. Artıq uzun müdətdir ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. Bu haqda cənab prezident mətbuata verdiyi bəyanatında bu məqamlara xüsusi diqqət yetirdi. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.
Səfər çərçivəsində Prezident İlham Əliyevin və İsrail dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə səhiyyə, müdafiə, tibb elmi və digər sahələrdə 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı imzalanması da ölkələrimiz üçün olduqca faydalı olacaq. Belə ki, imzalanan sənədlər həmin sahələrin inkişafı üçün geniş imkanlar açacaqdır.
Beləliklə, İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında mövcud olan sıx tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

