Ali Avrasiya İqtisadi Şurasının iclası siyasi baxımdan önəmli etiraflarla yadda qaldı
31.05.2023 [12:47]
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 25 may tarixində Rusiya Federasiyasına işgüzar səfər edib.
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak etməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksəlişinin növbəti nümunəsidir.
Cənab Prezident İlham Əliyevi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirakı bu fikri bir daha sübut edir. Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü deyil və Azərbaycanın bu təşkilata üzvlüyü ilə bağlı heç bir açıqlaması və mövqeyi yoxdur. Ölkəmiz üçün hər zaman həm iqtisadi, həm də siyasi baxımdan müstəqil siyasət həyata keçirmək prioritetdir. Azərbaycan Ermənistan istisna olmaqla Aİİ-yə daxil olan Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstanla iki və çoxtərəfli formatda sıx iqtisadi-siyasi əlaqələrə malikdir.Elə tək ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin 31 faiz artması və 4,7 milyard dollar təşkil etməsi bu fikri bir daha əyani şəkildə sübut edir.
Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan artıq 30 ildir ki, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığını inkişaf etdirir. Ölkələr arasında iqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və münasibətlərin möhkəmlənməsi davam edir. Təkcə 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəşisməsində yerləşir. Bu vacib geostrateji amil və ölkəmizin durmadan inkişaf edən və yenilənən nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı isə yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.
Həmçinin Prezident İlham Əliyevin çıxışı zamanı ən çox diqqəti çəkən məqamlardan biri Zəngəzur dəhlizi layihəsinin beynəlxalq Şərq-Qərb və Şimal-Cənub dəhlizləri fonunda əhəmiyyətini göstərmək idi ki, ölkə başçısı bununla bağlı çox önəmli açıqlamaları ilə yadda qaldı: Zəngəzur dəhlizi beynəlxalq dəmir yol marşrutlarının bir hissəsinə çevriləcək. Azərbaycan, sadəcə, dayanıqlı və özünü təmin edən iqtisadiyyatını xarici siyasətlə əlaqələndirmək və onu daha da şaxələndirmək və dərinləşdirmək üçün Aİİ-nin iqtisadi prioritetlərini nəzərdən keçirir. Ölkəmizin həm Qoşulmama Hərəkatına üzvlüyü, həm də Hərəkat çərçivəsində nümayiş etdirdiyi fəallıq bilavasitə məhz bununla bağlıdır. İstər ölkəmizdə, istərsə də geosiyasi və qlobal layihələrdə Azərbaycanın həyata keçirdiyi həm enerji, eyni zamanda nəqliyyat dəhlizləri layihələrində əsas prioriteti müstəqil siyasət yürütməsinə bağlıdır ki, bu da Azərbaycanın istənilən prosesə öz mövqeyini açıq və sərbəst formada bildirməsində əsas amildir.Rəsmi Bakının hazırda əsas məqsədlərindən biri ölkə ərazisini nəqliyyat dəhlizlərinin habına çevirməkdir. Və addım-addım bu istəyinə nail olur. Ölkə başçımızın real, əsaslı faktlara dayanaraq, praqmatik siyasəti nəticəsində bu məqsədə yaxınlaşırıq.
Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası həm də siyasi baxımdan önəmli etiraflarla yadda qaldı. Belə ki, Ermənistan Baş Naziri Nikol Paşinyan öz çıxışı zamanı qeyd etdi ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaqla bağlı razılaşıblar.
Beləliklə, ölkə başçımızın həyata keçirdiyi siyasət nəticəsində yaranmış yeni reallıqlar ildən-ilə Azərbaycanın tək Cənubi Qafqazda deyil, bütün regionda və dünyada nüfuzu artır.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

