Bütün uğurlarımızın əsasında Ulu Öndərin gücü, müdrikliyi dayanır
15.05.2023 [14:59]
Nurəddin İbrahimov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini, Siyasi elimlər üzrə fəlsəfə doktoru
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Dahi rəhbərin bizlərə miras qoyduğu məqsədyönlü siyasət sayəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini getdikcə möhkəmləndirir, siyasi- iqtisadi cəhətdən regionda aparıcı gücə çevrilir.
May ayının 10-da Ulu öndər Heydər Əliyevin 100 illik yubiley günündə Zəfərimizin rəmzi Şuşa şəhərindən Azərbaycan xalqına müraciəti zamanı Prezident cənab İlham Əliyev qeyd etdiyi kimi Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi hər zaman qoruyub, gələcəkdə də qoruyacaq.
Ən başlıçası Azərbaycanın milli qurtuluşdan başlanan yolda əldə edilən uğurların əsas müəllifi dahi şəxsiyyət Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində ölkəmiz müstəqilliyini qoruyub saxlaya bildi.
1990-cı illərin əvvəllərini, Azərbaycanın müstəqillik tarixinin ilk illərində dərin böhranın hökm sürdüyü vaxtları yada salaq. O dövrdə ölkəyə rəhbərlik edənlərin qətiyyətsizliyi, cəsarətsizliyi, yaranmış tarixi şansdan istifadə edə bilməmələri müstəqilliyini yenicə qazanmış Azərbaycanı addım-addım ağır böhranlı vəziyyətə yaxınlaşdırırdı. Bir tərəfdən mənfur qonşularımızın torpaqlarımızı işğal etməsi, digər tərəfindən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu təhlükəli vəziyyətdən ölkəmizi yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Və belə bir ağır vəziyyətdə, dövlətin varlığı, xalqın gələcək müqəddəratı sual altında qaldığı belə bir çətin dövrdə – 1993-cü ilin iyununda dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi və müstəqilliyimizin dönməzliyi təmin olundu.
Daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, bütün sahələrdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. Xalqımızın milli birliyi və həmrəyliyi təmin olundu. Məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində xalqımız çoxdan arzusunda olduğu əsil müstəqilliyinə qovuşdu.
Son 20 ildə yeniləşən, müasirləşən, demokratikləşən dövlətimizin qazandığı bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır. Qürurla deyirik ki, Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan indi Ulu Öndərimizn layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır, eyni zamanda dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında addımlayır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

