Azərbaycanın uğurla həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji layihələri
08.05.2023 [14:20]
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda təşkil olunmuş 4-cü Beynəlxalq Konfransda Prezident cənab İlham Əliyev əvvəlcə Ulu Öndər Heydər Əliyev haqqında öz fikirlərini bölüşdü. Ölkə başçısı bildirdi ki, Konfransın keçirildiyi Şuşa şəhərinin azad olunmasını görmək Ulu Öndərin ən böyük arzusu olub.
Sonra Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinə diqqət çəkdi və Azərbaycan-Ermənistan münasibətlərindən bəhs etdi. Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayan ölkə başçısı bu əsasda Ermənistana bir sıra xəbərdarlıqlar da etdi. Ölkəmizin qonşu ölkələrlə, eləcə də dünya ölkələri ilə olan münasibətləri haqqında geniş məlumat verən Prezident cənab İlham Əliyev Azərbaycanın hər zaman əməkdaşlıqlarda maraqlı olduğunu diqqətə çatdırdı.
4-cü Beynəlxalq Konfransda ölkə başçısının xüsusilə diqqət çəkdiyi məsələlərdən biri də Azərbaycanın uğurla həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji layihələri oldu. Avropa İttifaqı da Azərbaycanın enerji layihələrini qəti şəkildə dəstəkləyir. Hazırda ölkəmiz özünün enerji ixracını şaxələndirməklə məşğuldur. Bunun üçün müvaviq işlər aparılır. Belə ki, Qara dənizin dibi ilə kabelin ötürülməsi üçün dörd ölkə - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyadan ibarət geniş format yaradılıb. Həmin layihənin Məşvərət Şurasının ilk iclası Bakıda, ikinci toplantısı isə Tbilisidə keçirilib. Ölkəmiz bu layihəyə daha böyük perspektivdən baxır və onu sadəcə “Qara dəniz kabeli” kimi deyil, Xəzərdəki külək enerjisi stansiyalarından Avropaya enerjini ötürən vasitə kimi qəbul edir. Bu haqda danışarkən Prezident cənab İlham Əliyev bildirdi ki, istər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var. Artıq 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpa edilən enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalanıb. Onun təxminən 500 meqavatı üçün artıq tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışı bir neçə ay ərzində planlaşdırılır. 700 meqavatdan artıq günəş və külək enerjisini ola bilsin, maksimum 2025-ci ilə qədər təmin ediləcək. Bir halda ki, dünyada baş verən geosiyasi hadisələr fonunda Azərbaycan enerjisinə böyük ehtiyac yaranıb. Ölkə başçısı da qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan 10-dan artıq dövlətdən enerji təchizatı ilə bağlı müraciət alıb. Müraciətlər təchizatın həcminin artırılması və ya təchizata başlamaq imkanları axtarılmasından ibarətdir. Əlbəttə, bunun üçün əlavə sərmayə lazımdır və bir sıra texniki məsələlər öz həllini tapmalıdır. Avropa İnvestisiya Bankı artıq təbii yanacaqla bağlı layihələri maliyyələşdirmir.Odur ki, Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atılır. Ümumilikdə, ölkəmizlə Avropa Komissiyası arasında bir çox sahələri əhatə edən enerji dialoqu mövcuddur - təkcə qaz deyil, buraya bərpaolunan enerji və yaşıl hidrogen daxildir. İmzalanmış Anlaşma Memorandumuna əsasən, Azərbaycan 2027-ci il üçün qaz təchizatını iki dəfə artıracaq. Ölkə başçısı bildirdi ki, bunun üçün əlavə imkanlar olmalı və xüsusilə də TAP mütləq genişləndirilməlidir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38

