Xalqımızın Heydər Əliyevə olan ülvi məhəbbəti əbədi yaşayacaq!
05.05.2023 [12:02]
Gözlərində açılır bu millətin səhəri,
Sənin adınla bağlıdır bu xalqın hər zəfəri…
Azadlığı, zəfəri bu xalqa sən bağışladın.
Bu kəlimələri hər dəfə eşidəndə ağlımıza yalnız xilaskar, qurucu, bütün mübaliğələrdən uzaq, dünyadakı barmaqla sayılacaq tarix yaradan dahi şəxsiyyətlərdən birinin, Azərbaycan xalqının payına düşən o möhtəşəm insanın -ümummilli lider Heydər Əliyevin adı gəlir.
Dünya yarandığı dövrdən tarix yazanlar, tarix haqqında danışanlar hər zaman olmuşdur. Yazanlardan fərqli olaraq tarixi yaradanların sayı isə azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.
Ulu öndərimiz Heydər Əliyev də tarix yaradan, xalqa inam, ruh verən dahi şəxsiyyətlərdəndir. Ümummilli lider dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər.
Ancaq Ulu Öndərin həyatının bir çox məqamları vardır ki, onları məhz rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Qəhrəmanlıq anları, zamanı və hadisələri qabaqlayaraq dediyi kəlimələr, tarix yaratmaq bacarığı onun - Heydər Əliyevin mənalı həyatının hər gününun, hər anının unudulmaz tarix olduğunu sübut etmişdir.
İlk olaraq o, öz həyatının, ömrünün tarixini yaradıb. Əgər ulu öndər həyat yolunu düzgün seçib istiqamətləndirməsəydi, özünün şəxsi, ailə və cəmiyyət həyatında mövqeyini qiymətləndirməsəydi, bu yolda qətiyyətli addımlar atmasaydı, o ümumxalq məhəbbəti qazanıb, bəşəriyyətin qəlbində əbədiləşə bilməzdi.
“Mənə istinad nöqtəsi verin, dünyanı məhvərindən çıxarım,” – deyən yunan alimi Arximed belə bir istinad nöqtəsi tapa bilmədi ki, dünyaya istiqamət versin. Amma xalqın inamına istinad edən Heydər Əliyev çökmüş bir ölkəni dirçəldib ayağa qaldıra bildi.Başı üzərini qara buludlar alan bir xalqı məhv olmaq təhlükəsindən qurtarıb günəşli sabahlara aparmağa müvəffəq oldu.Məhz bu günlərdə o xilaskar olaraq bir xalqın, bir millətin qəhrəmanına, ümid yerinə çevrildi.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər “Xalqım” deyəcək, Xalq “Heydər” söyləyəcək.
Əsrlərin girdabından gələn tarixin, mədəniyyətin beşiyi Azərbaycanım! Nələr çəkmədin, nələr yaşamadın ki?! O taylı-bu taylı iki yerə paralandın. Şimalına günəş doğdu, Heydər gəldi, gülüstan oldun. Hürr oldun.
Ümummilli Lider Heydər Əliyev zamanında gəlməsəydi, xalqın haqq səsi olmasaydı, kim bilir, ümmanlarda kimlər yurdumuzu tufanlara , bataqlıqlara sürükləyəcəkdi. Onun möhkəm iradəsi, dərin zəkası sayəsində gəmimizin sükanı düzgün istiqamət aldı, namərd əllərə keçməkdən, düşmənə baş əyməkdən xilas oldu.
Dirçələn xalqı dünya arenasına çıxarmağa çalışan, Azərbaycan adını dövlətlər siyahısına daxil edən ümummilli liderin siyasətinin əsası milli maraqlarımız üzərində qurulmuş, dünyaya inteqrasiya yolu ilə irəliləməyi hədəf götürmüşdür. Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə dünyanın 15 ölkəsinin 33 nəhəng şirkəti ilə 21 neft sazişi imzaladı. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmizə xarici sərmayədarların axını başladı. Memarı olduğu və tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş neft müqaviləsinin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Heydər Əliyevin həyata keçirdiyi hər bir siyasət xalqın rifahının yaxşılaşdırılmasına, onlara xoş yaşayış və güzəran təqdim edilməsinə yönəlmişdi.Onun insanlara verdiyi dəyər, insanlığa göstərdiyi dərin hörmət göz önündə idi. Bunun bariz nümunəsi olaraq onun rəhbərliyi ilə hazırlanan 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitutsiyası dövlətimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, insanın hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi ön plana çıxardı.
Ulu öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Ulu Öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliliyini də təmin etmiş oldu.
Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli lider, Ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. Yəni, bu bir həqiqətdir ki, bütün bu vəzifələrdən və titullardan Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə etdi. O, bir millət mücahidi idi, xalq mücahidi idi.
Heydər Əliyev yalnız ölkəmizin rəhbəri deyil, həm də insanları ən ülvi, saf idealar ətrafında səfərbər edən siyasi xadim, müasir tariximizin memarı, xalqımızın atası idi. Nəsirəddin Tusinin “Ən böyük rəhbər odur ki, ölkədəki insanlar ona inansın, onun ardınca getsin, onun bütün tədbirlərinə şərik olsun və ən əsası, onu özünə ata saysın”, – fikri Ulu Öndərimizə xas olan, onu ən gözəl şəkildə ifadə edən yüksək, bəşəri keyfiyyətlərdəndir. Bu bəşəri keyfiyyətləri ilə tarixdə iz qoyan, Azərbaycan tarixinin ən parlaq səhifələrinin baş qəhrəmanı olan Heydər Əliyev üzərinə düşən “atalıq” missiyasının öhdəsindən layiqincə gələ bildi.
Deyirlər, Heydər Əliyev özünə ad günü keçirməyi sevməzmiş. Amma 1993-cü il may ayının 10-da Naxçıvan ziyalıları ona 70 illik yubileyini keçirməyi təklif edirlər. O razılaşır. Yaxından-uzaqdan ən yaxın dostları gəlir. Türkiyəli qonaqlardan biri, Qars valisi Heydər Əliyevin şərəfinə badə qaldırıb bir bənd şeir söyləyir. Şeir bitdikdən dərhal sonra Heydər Əliyev deyir: Nazim Hikmətin “İnsan mənzərələri” poeması. Türkiyəli qonaq başını tutaraq heyrətlənir: “İlahi, sovet imperiyasına sığmayan bir dahinin Naxçıvan kimi balaca bir yerə sığmasını Sən necə özünə sığışdırdın?”
Bu kəlmələr Ümummilli liderin necə dərin, kəlimələrlə ifadə edilməyən və cahana sığmayan, amma Azərbaycanı o böyük ürəyinə sığdıran, onun eşqi ilə yaşayan bir dahi olduğunun açıq aşkar ifadəsi idi.
Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq onun xilaskarlıq missiyası önə çəkilir. Dahi şəxsiyyət Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. Məhz onun xidmətləri sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirildi. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsində öz yerini qorudu və möhkəmləndirdi.
Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə büruzə verdi. Azərbaycan xalqı əvəzsiz xidmətlərinə görə Ümummilli Lideri xilaskar adlandırdı.
Məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” deyə bir kəlamı var.Heydər Əliyev də Tanrının Azərbaycan xalqının taleyinə yazdığı bir qismət, millətinin xilaskarı olmaq üçün zamanında göndərilən bir dahi insan idi. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalacaqdır. Dövləti xalqa, xalqı dövlətə bağlayan da bu qarşılıqlı inam və etibardır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir.
Nə qədər Azərbaycan, nə qədər bu millət var Heydər Əliyev dühası həmişə zirvələrdə olacaqdır! Xalqımızın Ulu öndər Heydər Əliyevə olan ülvi məhəbbəti əbədiyyən yaşayacaqdir!
Vüsal Əliyev
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Gündəm
18 May 11:55
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22

