Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir
04.05.2023 [13:39]
Müasir dünyada böyük rola malik ideoloji cərəyanlardan biri milli ideologiyadır. Milli ideologiya milli dəyərlərin bu və ya digər səviyyədə başa düşülməsini özündə ehtiva edir. Ölkəmizdə azərbaycançılıq ideologiyasının əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.Bu idealogiya Azərbaycanda yaşayan, onu Vətən bilən bütün fərdləri birləşdirən ideologiyadır. Azərbaycançılıq bizim həm dövlət, həm də milli ideologiyamızdır. Təsadüfən deyilməyib ki, ideologiya Vətən haqqında vahid elmi sistemdir. Ona görə də bizim bugünkü dövlətçiliyimizin atributları – bayrağımız, gerbimiz, himnimiz, milli valyuta və Konstitusiyamız məhz Azərbaycançılığa əsaslanır.
Azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunub saxlanmasına və inkişaf etdirilməsinə məhz görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyəti ilə nail olunmuşdu. Ulu Öndər bununla bağlı qeyd edirdi ki, milli ideologiyamızın konsepsiyası tarixi keçmişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət etməlidir. “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Bu müdrik kəlam Ümummilli Liderimizin milli-mənəvi dünyasını, vətəndaş mövqeyini və varlığını göstərən, öz milli köklərinə bağlılığını sübut edən tarixi bir bəyanatdır.
Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin azərbaycançılıq ideoligiyası əsl fəaliyyət strategiyası və proqramı kimi xüsusilə qiymətləndirilir. Heydər Əliyev zamanında Azərbaycan dövlətini xilas etməsəydi, indi nə dövlətimiz vardı, nə də xalqımız həmrəyliyə, fikir birliyinə nail olardı. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən zorla ayrı salınan, Sovet imperiyasının buxovları altında əzilən Azərbaycan xalqı milli və dövlətçilik maraqlarına, soykökünə, tarixinə Heydər Əliyevin böyük və yorulmaz fəaliyyəti nəticəsində qayıda bilib.
Dahi rəhbərin yaratdığı Azərbaycançılıq ideologiyası və onun məzmununa daxil edilmiş əsas prinsiplər Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır. Ümummilli Lider dövlətçilik maraqlarının qorunması deyəndə, ilk növbədə, hamılıqla qəbul etdiyimiz ölkənin Ali Qanununun – Konstitusiyanın müddəalarına əməl olunmasını nəzərdə tuturdu.
Bu gün Azərbaycançılıq ideologiyası milli birliyin təməlinə çevrilib. Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində milli-mənəvi birlik dayanır. Azərbaycançılıq ideologiyası vətəndaş-dövlət birliyinn daha da möhkəmlənməsinə yol açır. Hər bir vətəndaşın fəaliyyətinin mərkəzində Azərbaycan dövləti, dövlətin maraqları dayanır. Bu məqam isə ölkənin möhkəm ideoloji əsaslara dayanaraq inkişaf etməsini şərtləndirir. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gələrək Azərbaycanın davamlı inkişafını və daha böyük uğurlar əldə etməsini təmin edirik. Biz bununla da kifayətlənmirik, Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasını ən müxtəlif sferalarda və fasiləsiz olaraq təbliğ edirik.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxSosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39

