Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı ilə bağlıdır
03.05.2023 [21:01]
YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib
“Heydər Əliyev İli” çərçivəsində mayın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin partiyanın Sumqayıt şəhər təşkilatının inzibati binasında gənclərlə görüşü keçirilib. Tədbirdə YAP-ın Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.
Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Ramiz Hüseynov ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi ümummilli liderimiz Heydər Əliyevdir. Onun sözlərinə görə, milli sərvətimiz olan Heydər Əliyev ideyalarının gənc nəslə aşılanması mühüm əhəmiyyətə malikdir.
Sonra çıxış edən YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev qeyd edib ki, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi məhz ulu öndər Heydər Əliyevin xidmətləridir”. S.İmamverdiyevin sözlərinə görə, 1990-cı illərin əvvəlində Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını görən 91 nəfər ziyalı Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını və ona rəhbərlik etməsini təklif etdi. Çünki xalqın ümidi məhz Heydər Əliyevə idi. Ulu Öndərin cavabı müsbət oldu, 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyası yaradıldı, 1993-cü ilin iyun ayında isə Ümummilli Lider hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaqdan xilas etdi. S.İmamverdiyev deyib ki, Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirib.
YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov isə bildirib ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının gənclərə aşılanmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Heydər Əliyev bənzərsiz şəxsiyyətdir. Ulu Öndər hakimiyyətdə olduğu bütün dönəmlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dövrlərdə bütün sahələr inkişaf edib.
N.İsmayılov deyib ki, ölkəmizdə gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. O qeyd edib ki, gənclər Ümummilli Liderin müəyyənləşdirdiyi yolla getməlidir: “Çünki bu yolun alternativi yoxdur. Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir”.
YAP Qubadlı rayon təşkilatınıın sədri Təhmasib Rüstəmov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib. Onun sözlərinə görə, Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. T.Rüstəmov söyləyib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin timsalında Heydər Əliyev siyasətinin parlaq nəticəsidir.
Sonra gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03

