Heydər Əliyevin milli dövlətçilik ideyaları
19.04.2023 [16:07]
"Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində aprelin 18-də YAP Kəlbəcər rayon təşkilatı Gəncə şəhərində Kəlbəcər rayon sakinlərinin müvəqqəti məskunlaşdığı qəsəbənin Mədəniyyət sarayında “Heydər Əliyevin milli dövlətçilik ideyaları” mövzusunda tədbir keçirib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edib. O bildirib ki, müasir müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin əbədiyaşar ideyalarına xalqımız tərəfindən yüksək sədaqət nümayiş etdirilməsi dövlətçiliyin dayaqlarının sarsılmazlığını təmin etmişdir. Həbib Misirov vurğulayıb ki, Heydər Əliyev ideyaları Azərbaycanı zirvələrə yüksəldir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov vurğulayıb ki, Ulu Öndərin uğurlu siyasəti sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edib. O, ölkəmizin Heydər Əliyev ideyaları əsasında uğurla inkişaf etdiyini söyləyib.
Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, Heydər Əliyevin ölkədə vətəndaş həmrəyliyinə və sabitliyə nail olunması, müstəqil dövlət qurulması, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi kimi istiqamətlərdə gördüyü işlər Azərbaycana tarixi nailiyyətlər qazandırıb.
Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov Ulu Öndərin milli-mənəvi dəyərlərin qorunmasına göstərdiyi diqqətdən söz açıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizə, xalqımızın tarixi keçmişinə, mədəni irsinə hər zaman xüsusi qayğı ilə yanaşıb.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma şöbəsinin müdiri, iqtisad elmlər doktoru Aqil Əsədov bildirib ki, Ulu Öndər digər istiqamətlərlə yanaşı, Azərbaycan iqtisadiyyatında da islahatların aparılması, sənaye sahələrinin inkişaf etdirilməsi kimi vəzifələri müəyyən etmiş və görülən işlər ölkənin inkişafını şərtləndirmişdir.
Kəlbəcər Rayon İcra Hakimiyyətin başcısı Azər Qocayev bildirib ki, bu gün Azərbaycan dinamik inkişaf edən, beynəlxalq müstəvidə layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Zəfər zirvəsinə yüksəlib.
Şəhid ailəsinin üzvü Sönməz Ələkbər və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Aygün Əmrahova çıxışlarında qeyd ediblər ki, ulu öndər Heydər Əliyev dövlətimiz və xalqımız üçün müstəsna xidmətlər göstərib, müasir müstəqil Azərbaycan dövlətini qurub.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup fəala fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

