Növbədənkənar Prezident seçkilərindən sonra yeni inkişaf dövrü başladı
12.04.2023 [11:51]
2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Azərbaycan Respublikası Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad üçün müraciət imkanı - növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyəti verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiya səlahiyyətindən istifadə edərək 2018-ci il 5 fevral tarixli sərəncamı ilə növbədənkənar prezident seçkiləri elan etdi. Ölkənin dinamik tərəqqisi yolunda yeni bir mərhələnin başlanğıcını qoyan bu seçkilər, Respublikamızda demokratik siyasi sistemin formalaşdığını bir daha nümayiş etdirdi.
Növbədənkənar seçkilərdə xalqımız Prezident İlham Əliyevin şəxsində bir daha sülhə, sabitliyə, inkişafa, tərəqqiyə, insanların təhlükəsiz həyatına, cəmiyyətimizin gələcəyinə səs verdi. Bu seçki, bu parlaq qələbə bizi müasir tariximizdəki ən böyük nailiyyətə aparan böyük bir yolun başlanğıcı idi. Keçən illər ərzində Azərbaycan daha da gücləndi. Ölkəmiz beş il əvvəlkindən də qüdrətli oldu. Vətəndaşlarımızın maddi-rifah halı yüksəldi. Ölkə boyu həyata keçirilən infrastruktur layihələri ilə Respublikamızın siması bir qədər də yeniləndi, müasirləşdi. Əvvəlki illərdə olduğu kimi, ötən beş ildə də Azərbaycan böyük inkişaf yolu ilə irəlilədi. Ölkəmizdə tətbiq edilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modeli üzrə yeni nailiyyətlərə imza atdı.
Azərbaycan dövlətinin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olan bu model ölkəmizin iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaratdı. Prezidentimizin yürütdüyü uğurlu, qətiyyətli siyasət, həyata keçirdiyi dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının yüksəlişinə güclü təkan verdi. Bu illərdə iqtisadiyyatımız daha da böyüdü, dövlətçiliyimizin əsasları möhkəmləndi.
Dövlətin və cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklərin baş verdiyi ötən dövr ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət kursu, həyata keçirdiyi islahatlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə düzgün mövqe tutduğunu bir daha təsdiq edir.
Bu gün bütün dünyada Azərbaycan Respublikası Prezidentinin mövqeyinə, irəli sürdüyü təşəbbüslərə xüsusi diqqət var. Beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin fikirlərinə, yanaşmalarına, qlobal proseslər haqqında rəylərinə həssaslıqla yanaşır. Çünki Azərbaycan Prezidentinin yürütdüyü mühakimələrin, proqnozların, irəli sürdüyü təkliflərin düzgünlüyünü dəfələrlə sübuta yetirib.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

