Əli Həsənovun 75 illik yubileyi münasibətilə görüş keçirilib
10.04.2023 [16:43]
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Əli Həsənovun 75 illik yubileyi münasibətilə görüş keçirilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edib. YAP Sədrinin müavini bildirib ki, Əli Həsənov Heydər Əliyev ideyalarına sadiq, möhkəm əqidəli və vətənpərvər şəxsiyyət kimi uzun müddət müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərərək öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib və ölkəmizin inkişafına sanballı töhfələr verib. Əli Həsənovun 2013-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının Sədr müavini kimi partiyanın təşkilatlanmasında və inkişafında xidmətlər göstərdiyini vurğulayan Tahir Budaqov qeyd edib: “Təsadüfi deyil ki, çoxillik və məqsədyönlü fəaliyyətiniz ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmağınız əməyinizə verilən yüksək dəyərin bariz nümunəsidir”.
“Hazırda da YAP Veteranlar Şurasının üzvü kimi Ümummilli Liderin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, Yeni Azərbaycan Partiyasının tarixi ənənələrlə müasir çağırışların vəhdətinə və varislik prinsipinə əsaslanan siyasi dəyərlərinin gənc nəslə aşılanması istiqamətində məqsədyönlü fəaliyyətinizi uğurla davam etdirərək partiyamızın həyatında yaxından iştirak edirsiniz”,- deyən YAP Mərkəzi Aparatının rəhbəri Əli Həsənova fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayıb.
Yubilyarı təbrik edən Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə qeyd edib ki, Əli Həsənov uzun müddət müxtəlif vəzifələrdə uğurla çalışaraq ona göstərilən etimadı layiqincə doğruldub. Əli Həsənovun hazırda YAP Veteranlar Şurasının üzvü kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıran Arif Rəhimzadə yubilyara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.
Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Əli Həsənov Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən Heydər Əliyev ideyalarına daim sadiq olduğunu diqqətə çatdırıb. O, Ümummilli Liderin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, Azərbaycanın tərəqqisində müstəsna rol oynayan Yeni Azərbaycan Partiyasının həyatında yaxından iştirak etməkdən qürur duyduğunu bildirib. Əli Həsənov bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14

