Möhkəm təməl mövcuddur
10.04.2023 [12:56]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin aprelin 5-də Tacikistana səfəri iki ölkə arasında olan münasibətləri tamamilə yeni səviyyəyə çıxardı. Bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edirdi. Hər iki ölkənin dövlət başçıları istər təkbətək və istərsə də geniş tərkibdə keçirilən görüşlərində Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar.
Ölkələrimiz arasında qarşılıqlı münasibətlər və onun inkişafı həm Azərbaycanın, həm də Tacikistanın böyük çətinliklərlə üzləşdiyi 1990- ci ilin əvvəllərinə təsadüf edir. Belə ki, o zaman Azərbaycanda olduğu kimi Tacikstanda da sabitlik pozulmuş, hər iki dövlət vətəndaş müharibəsi vəziyyətinə çatmışdı. Təqdirəlayiq haldır ki, o zaman hər iki ölkədə həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev böyük müdriklik və uzaqgörənliklə qardaş qırğınının qarşısını aldılar və ölkələrini inkişaf yoluna çıxara bildilər. Cənab İlham Əliyev öz çıxışında həmin tarixi məqamlara belə diqqət çəkdi: “Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.”
Bu gün Tacikistanda ölkələrimiz arasında mövcud olan münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətlərinin olduğu ehtiramla xatırlanır. Bu ehtiramın ən bariz təzahürlərindən biri də gələn ay Ulu Öndər Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd ediləcəyinin bəyan edilməsi oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tacikistana dövlət səfəri zamanı hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatla etdikləri çıxışlarında bu məqamı xüsusi qeyd etdilər.
Tacikistan və Azərbaycan arasında iqdisadi, siyasi münasibətlərin yaxşı olması ilə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi üçün böyük potensial var. Ölkələrimiz arasında mədəni sahədə qarşılıqlı əlaqələr möhkəm təməl üzərində qurulub. Azərbaycan və tacik xalqları əsrlər boyu qarşılıqlı hörmət, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda isə Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər.Tacik ədəbiyyatının klassiklərindən sayılan Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanmış, sevilərək oxunmuşdur. Öz çıxışında möhtərəm dövlət başçımız bunu da qeyd edib ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil. Bu abidə 1960-cı illərdə Düşənbədə qoyulub. Digər məşhur Azərbaycan heykəltaraşı Ömər Eldarov Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaradıb. Əlbəttə ki, bu faktlar bir çox mühüm məqamlara dəlalət edir. Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının azərbaycanlı sənətkarlara etibar edilməsi böyük etimaddan xəbər verir və səmimi dostluq və qardaşlıq münasibətlərinin ən bariz sübutudur. Prezident İlham Əliyevin dediyi kimi, bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün möhkəm zəmin yaradır.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35

