Zəfərə verilmis səs
10.04.2023 [11:19]
Ümummilli lider Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixində xalqa müraciətində deyirdi "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev ilk gündən ümummilli lider Heydər Əliyev siyasi xəttini zamanın tələblərinə uyğun olaraq yüksək səviyyədə davam etdirməyə başladı. Məhz 2003-cü ildən müstəqil Azərbaycanın yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev seçki öncəsi xalqa verdiyi bütün vədləri bir-bir yerinə yetirməklə qısa müddət ərzində ona göstərilən etimadı doğrultdu.
Bunun məntiqi nəticəsi olaraq 2008 və 2013-cü illərdə keçirilən Prezident seçkilərində də müdrük, uzaqgörən Azərbaycan xalqı cənab İlham Əliyevə səs verərək onu yenidən Prezident seçdi. Xalqımız bir daha Ulu öndər siyasi xəttinə sadiqliyini nümayiş etdirdi. Eyni zamanda, bu, qədirbilən Azərbaycan xalqının Prezident İlham Əliyevin gördüyü misilsiz işlərə verdiyi qiymət idi.
11 aprel 2018-ci il ilin növbədənkənar Prezident Seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Bu seçkilərdən sonra Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Seçkilərdən sonra qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, əsaslı addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı.
Azərbaycan xalqının idarəsini özündə əks etdirən 11 aprel 2018-ci il Prezident seçkiləri tam şəffaf və demokratik qaydada keçirildi. Seçkiləri izləyən beynəlxalq və yerli müşahidəcilər də seçkilərin olduqca ədalətli və azad keçdiyini, seçki prosesində heç bir qanun pozuntusunun olmadığını bəyan etmişlər.
Bu bir reallıqdır ki, 2003-2018-ci illər tariximizə iqtisadi yüksəliş dövrü kimi daxil olub. 2003-2018-ci illərdə xalqa verilən bütün vədlər yerinə yetirlmişdir. Prezident İlham Əliyevin zamanın tələblərinə uygun olaraq davam etdirdiyi düşünülmüş, uzaqgörən siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artmış, Azərbaycan dünyada söz sahibinə çevrilmişdir. Bütün sahələrdə həyata keçirilən islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin etmiş, insanların sosial rifah halını yaxşılaşdırmışdır. Yaradılan yeni iş yerləri sayəsində ölkədə işsizliyin səviyyəsi 5 faizə, həyata keçirilən sosial siyasət nəticəsində isə yoxsulluğun səviyyəsi 5,4 faizə enmişdir. Bu illər ərzində ölkədə maaşların təxminən 7 dəfə, pensiyaların isə 10 dəfədən çox artmışdır.
Dövlət başçımız seçkidən sonra xalqa müraciətində bildirmişdir ki, “Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir”
Bəli, müdrük Azərbaycan xalqı 11 aprel 2018-ci il növbədənkənar Prezident seçkilərində də bir daha ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqliyini isbatlamaqla yanaşı, 2003-cü ildən etibarən ölkədə görülmüş işlərə, aparılan demokratik islahatlara, eyni zamanda, ölkənin xoşbəxt gələcəyinə, bir sözlə, Zəfərə səs vermiş oldu .
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

