Sabitliyin möhkəmləndirilməsi iqtisadi tərəqqiyə yol açır
10.04.2023 [11:02]
11aprel 2018-ci il president seçkilərindən ötən 5 ilin uğurlarından bəhs edərkən daxili siyasətin məntiqi davamı kimi dəyərləndirilən xarici siyasət uğurlarımızı xüsusi qeyd etməliyik. Nəzərə alsaq ki, bu dövrdə 30 ilini işğalına son qoyulub, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, bu halda ölkəmizin hər bir sahədə böyük nailiyyətlər qazandığını böyük əminliklə qeyd edə bilərik. Ölkəmizdə sabitliyin möhkəmləndirilməsi iqtisadi tərəqqiyə yol açır ki, bu da öz növbəsində bütün sahələrdə, o cümlədən ordu quruculuğunda davamlı addımları şərtləndirir. Azərbaycan dünyada iqtisadi möcüzələr, ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirdi. Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü qazanılan uğurlarda özünün aydın ifadəsini tapır. 2018-ci ilin may ayında çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyun ayında layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin sonunda isə TAP istifadəyə verildi. Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi.
Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsi siyasi müstəqilliyinin təmin edilməsində, dünya birliyində söz sahibliyini daha da artırmasında öz sözünü deyir. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Dünyanın yeni xarici siyasətinin müzakirəsi üçün Azərbaycanın əsas məkan seçilməsi dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Qərblə Şərqin qovuşağında yerləşən Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirərək tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi mövqeyini möhkəmləndirir.
Ənənəvi Qlobal Bakı Forumlarının keçirilməsi Azərbaycanın ötən dövr ərzində qazandığı uğurların dünyaya təqdimatı olur. Təkcə cari ilin martında keçirilən X Qlobal Bakı Forumunun mövzusuna, iştirakçılarının say tərkibinə diqqət yetirməklə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu qeyd edə bilərik. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan X Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldılar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak etdi.
Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir: “Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir.” Uğurlarımıza söykənərək bu əminlik də ifadə olunur ki, ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq.
Təbii ki, son beş ilin uğurlarını tam şəkildə bir yazıda əhatə edə bilmərik. Onların miqyası olduqca genişdir. Uğurlarımız öz növbəsində yeganə problemimiz olan Qarabağ münaqişəsinin həllinə geniş yol açdı. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsində diplomatik uğurlarımız əhəmiyyətli rol oynadı. İnformasiya cəbhəsində üstünlüyümüz, münaqişənin həllinə yaradılan möhkəm hüquqi baza tarixi Zəfərimizi şərtləndirən əsas amillər sırasındadır. Azərbaycan bir daha ədalətin və beynəlxalq hüququn yanında olduğunu dünyaya nümayiş etdirdi.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19

