Dialoq təşəbbüsləri ölkəmizdə demokratik ənənələrin daha da dərinləşdirilməsinə xidmət edir
03.04.2023 [10:48]
Ölkəmizin dünyada güclənən nüfuzu birmənalı olaraq siyasi mühitdə yeni təşəbbüs və islahatların reallaşmasını tələb edirdi. Bunun üçün isə, ilk növbədə, siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsinə ehtiyac var idi. Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni bir zəminin formalaşmasını şərtləndirdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var və bunun üçün ölkədə tam şəffaf mühit formalaşdırılıb.
Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkəmizdə demokratik ənənələrin daha da dərinləşdirilməsinə xidmət edir. Prezident Administrasiyasında aparılan islahatlara uyğun olaraq yeni yaradılan strukturlar sırasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti də bu məqsədə xidmət edir. Şöbənin rəhbəri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri və nümayəndələri ilə keçirdiyi görüşlər, onlarla dövrün aktual məsələləri ətrafında fikir mübadiləsi aparması və müzakirələr nəticəsində ümumi mövqe nümayiş etdirilməsi də bu sahədə əldə olunan uğurlar sırasındadır.
Bu gün Azərbaycanda çoxpartiyalı parlament formalaşıb. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitələrin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətləri sağlam zəmin üzərində qurmağa töhfələrini verirlər.
Təsadüfi deyil ki, siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirəsi təcrübəsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir. Azərbaycanda aparılan sistemli islahatlar, o cümlədən dayanıqlı demokratik ənənələrinin formalaşmasına xidmət edən siyasi dialoq çox mühüm bir prosesdir.
“Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi ölkədə yeni siyasi dialoq mühitinin formalaşmasına yeni bir təkan verdi. Bu, həm də açıq və demokratik rəqabətə çağırış kimi qiymətləndirilməlidir. “Siyasi partiyalar haqqında” yeni qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclər balansına xidmət edir.
Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı reallıq, eləcə də regionda formalaşan yeni vəziyyət və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir.
Əlbəttə ki, dialoqdan imtina milli maraqlardan imtinadır. Ona görə də indiki şəraitdə milli maraqları və həmrəyliyi gözardı edən radikal qruplaşmalar dialoqdan imtina etməklə, əslində, Azərbaycanın milli maraqlarına xidmət etməkdən imtina edirlər. Bu gün ölkəmizdə dialoq prosesi keyfiyyətcə yeni və fərqli müstəvidə inkişaf edir. O cümlədən ölkəmizdə siyasi dialoqun formalaşdırılmasına, təkmilləşdirilməsinə göstərilən təşəbbüslər bilavasitə dövlətin və cəmiyyətin, demokratiyanın inkişafı, hüquqi mühitin qorunması, dayanıqlı olması baxımından çox əhəmiyyətlidir. Dialoq mühiti və əhval-ruhiyyəsi indiki tarixi mərhələdə milli maraqlarımızı vahid siyasi müstəvidə səmərəli müdafiə edə bilmək üçün bir fürsətdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar isə siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlığı şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Həmçinin, siyasi sistemin vacib komponentləri olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşır.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

